14-06-2014 [00:58]
"Azərsu”ASC-nin mühəndisi Vüqar Musayev Məlaikə Kərimovanı maşınla vuraraq hadisə yerində yaralını köməksiz vəziyyətdə qoyub.
Məlumatı qadının qızı Könül Kərimova verib. Onun sözlərinə görə, hadisə aprel ayının 25-də səhər saat 10 radələrində Şəki şəhəri Heydər Əliyev prospektində baş verib:
"Azərsu” ASC Şəki Su Təchizatı və Kanalizasiya xətlərinin yenidən qurulması layihəsinin su mühəndisi Vüqar Şəfiq oğlu Musayev idarə etdiyi "KİA sportace” markalı 90 AN 097 dövlət nömrə nişanlı avtomobillə anam Kərimova Məlakə Sabir qızını piyada keçidini keçərkən vurub. Anam yol hərəkəti qaydalarına tam əməl edərək yolu keçirmiş. Bunu görən şahidlər də var. Hadisə zamanı nəinki anama köməklik etməyib, hətta məsuliyyətdən yayınmaq üçün əyri yollara əl atıb”.
Kəllə-beyin travması, yoxsa adi sıyrılma?
Qəza nəticəsində anasının açıq kəllə-beyin travması aldığını və başının partlayaraq sümüklərinin çölə çıxdığını deyən K.Kərimova buna baxmayaraq ilk yardım həkiminin ona sadəcə sıyrıntı diaqnozu qoyduğunu vurğulayıb:
"Vüqar Musayev Şəki Mərkəzi Rayon Xəstəxanasında Təcili Yardım Stansiyasının Baş həkimi Arzu İlyaslı ilə birləşərək anamı xəstəxanadan uzaqlaşdırmaq üçün əllərindən gələni ediblər. Anamın açıq kəllə-beyin travması alması və başının partlamasına baxmayaraq, ona laqeyd münasibət bəsləyiblər, sadəcə sıyrıntı diaqnozu qoyublar. Həmin gün Vüqar Musayev anamın 10 manatlıq dərmanlarını alıb. Bundan sonra o, anamın vəziyyəti ilə qəti maraqlanmayıb”.
Cinayət işi inzibati xəta kimi tamamlanıb
Anasının tələm-tələsik təcili yardımdan evə göndərdiklərini deyən K.Kərimova bunun təmənnalı edildiyini düşünür:
"Üç gündən sonra onun vəziyyəti kəskinləşdi və yenidən Şəki Mərkəzi Xəstəxanasına apardıq. Burada ona lazımı yardım göstərildi, yaraları tikildi. Lakin xəstə hadisə yerində xeyli qan itirdiyindən reanimasiya şöbəsinə yerləşdirildi”.
Faktla bağlı Şəki Şəhər Polis İdarəsində araşdırma aparılıb. İstintaq İdarəsinin müstəntiqi Tariyel Qafarov zərərçəkənlərə bu hadisədə heç bir cinayət tərkibinin olmadığını, sürücünün isə yalnız İnzibati Xətalar Məcəlləsinin 151.1-ci (sürücülər tərəfindən yol hərəkəti qaydalarıın pozulması) maddəsi ilə inzibati məsuliyyətə cəlb ediləcəyini bildirib.
Piyadanı vurmağın cəriməsi - 200 manat
Bu nəticə ilə iş məhkəməyə göndərilib. Dünən - iyunun 12-də Şəki Şəhər Məhkəməsi sözügedən "inzibatı xətanı” araşdırıb və bir nəfəri ömürlük şikəst edən sürücünün 200 manat inzibati cərimə ödəməsi barədə qərar çıxarıb:
"Atam I qrup gözdən əlildir, şəkərli diabet xəstəsidir.Anam ona baxırdı, mən də həm işləyirəm, həm oxuyuram. Anam 10 gün xəstəxanada yatıb. Onun nəinki müalicəsini qarşılamaq, heç bir insan kimi telefonla da olsa halını soruşmadılar”.
Onu da deyək ki, hadisənin düzgün qiymətləndirilməsi və yenidən araşdırılması üçün K.Kərimova artıq ölkə başçısına müraciət edib.
Günahkar piyada imiş
Məsələyə münasibət bildirən V.Musayev qəzada piyada Məlakə Kərimovanın günahka olduğunu bildirdi. Digər suallarımız isə cavabsız qaldı (axar.az).
Sabah 17 dərəcə isti gözlənilir - PROQNOZ
Zelenski Netanyahu ilə danışıqlara hazır olduğunu bildirib
Bakıda yaşayış binası yanır
Ermənistan Omanda səfirlik açır
Suraxanının bəzi ərazilərində işıq olmayacaq
Sabunçuda avtomobillə motosiklet toqquşub, ölən var
Füceyrə limanından 40 km məsafədə tanker naməlum mərmi ilə vurulub
Erlinq Haaland "Mançester Siti"dən ayrılacaq
"Beşiktaş" "Kasımpaşa" matçının hazırlıqlarına başladı
"Barselona" Nataniel Braunu transfer etməyə yaxınlaşıb
"Qalatasaray" "Liverpul" matçına hazırlaşır
"Trabzonspor" "Eyüpspor" matçına hazırlıqlarını davam etdirir
"Real Madrid" Maykl Olise ilə maraqlanır
Bu gün İlaxır çərşənbədir
Əfsanəvi universitetdə doktorantura proqramına başlayan azərbaycanlı
Avropa Liqası final biletləri satışa çıxıb
Xəzər Universitetinin 35 illik yubileyi qeyd edilir
Braziliya millisinin heyəti açıqlandı
İngiltərə nəhəngi cərimələnib - Transfer qadağası qoyuldu
Tramp: ABŞ neft hasilatını rekord səviyyəyə çatdırır
Masazırda 38 yaşlı qadın iynə vurulduqdan sonra ölüb
Zelenski sabah Britaniyaya səfər edəcək
İsrail parlamenti üzərində İran raketi zərərsizləşdirilib
İlber Ortaylı ilə vida mərasimi keçirilib
ETX adından istifadə edən kurslarla bağlı - Xəbərdarlıq
Bakıda və bölgələrdə külək güclənəcək - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Qanunsuz onlayn kazino oyunları: 4 nəfər tutulub
Axtarışda olan Azərbaycan vətəndaşı Polşada saxlanılıb
"Bunlar öz sayğaclarına belə hörmət qoymurlar" - QHT rəhbəri "Azəriqaz"ın qanunsuzluğunu sadaladı (FOTO)
Əhməd Məmmədli 6 il müddətinə azadlıqdan məhrum edilib
Azərbaycan yumurta ixracını müvəqqəti dayandırıb
Bakıda keçmiş SSRİ bayraqları ilə yürüşə cəhd edənlər... - Hakim qarşısına çıxarıldı
İspaniya İsrailə bağlı BMT-yə müraciət etdi
NATO-dan Hörmüz boğazı ilə bağlı Trampın təhdidinə cavab verildi
Ramazan bayramının namazı nə vaxt qılınacaq? - Açıqlama
Samir Nuriyev Əlaqələndirmə Qərargahının üzvlərini topladı - Nələr müzakirə olunub? (FOTO)
MART AYINDA BU TARİXLƏRDƏ RƏSMİ İŞ OLMAYACAQ
Xəzər dənizində yenə zəlzələ olub
Gəncə Şəhər MKTİB-nin işçilərinin maaşından tutulma var?