Pakistanın keçmiş baş naziri: "Yenidən namizəd olacağam"

img

27-12-2023 [13:37]


Pakistanda Müsəlman Liqası-Nəvaz (PML-N) partiyasının lideri və keçmiş baş nazir Nəvaz Şərif gələn il keçiriləcək seçkilərdə yenidən baş nazir postuna namizəd olacaq.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə təmsil olunduğu partiya yekdil qərar verib.

Qərara əsaəsn, Şərifin 2024-cü ildə keçiriləcək seçkilərdə dördüncü müddətə baş nazirliyə namizədliyi irəli sürüləcək.

Xatırladaq ki, Şərif 1990-1993, 1997-1999 və 2013-2017-ci illərdə ümumilikdə üç dəfə Pakistanın baş naziri olub.

2018-ci ilin iyulunda o, korrupsiyada ittiham olunaraq, 10 il müddətinə azadlıqdan məhrum edilib. Ancaq 2 ay sonra sübutların yetərli olmadığı əsas gətirilərək yenidən mühakimə olunmaq şərtiylə sərbəst buraxılıb.

Bu qərardan sonra Şərif 2019-cu ilin noyabr ayında müalicə üçün İngiltərəyə gedib və Londonda məskunlaşıb.

Bundan sonra İslamabad Ali Məhkəməsi hökmü ləğv edib və Şərifin günahkar olmadığına qərar verib.

2019-cu ilin noyabr ayından İngiltərədə olan Şerif oktyabrın 21-də ölkəsinə qayıdıb.

Onu da qeyd edək ki, Nəvaz Şərifin qardaşı Şahbaz Şərif 11 aprel 2022-ci ildə parlamentdə keçirilən seçkidə 174 səslə mütləq əksəriyyətin dəstəyi ilə baş nazir seçilib və 2023-cü ilin avqust ayına qədər ölkəni idarə edib.

14 avqust 2023-cü ildən ölkəni müvəqqəti hökumətin baş naziri Ənvarul Hak Kakar idarə edir.

Samir MUSAYEV

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq