İsrail ordusu Livana zərbə endirdi: yaralılar var

img

27-12-2023 [00:16]


İsrail qırıcıları Livana hava zərbələri endirib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Livanın rəsmi NNA agentliyi açıqlama yayıb.

Bildirilib ki, ölkənin cənubuna qarşı həyata keçirdiyi hava hücumunda mülki vətəndaşlar yaralanıb: "İsrail hava qüvvələri Livanın cənubundakı Sur şəhəri yaxınlığında yerləşən Klayla qəsəbəsinə gedən yolu bombalayıb. Nəticədə bəzi vətəndaşlar yaralanıb, avtomobillərə ziyan dəyib. Ölən yoxdur".

Xatırladaq ki, İsrail ordusu ilə Hizbullah arasında oktyabrın 8-dən bu yana gedən qarşıdurmalarda 3 jurnalist, 3-ü uşaq olmaqla 26 livanlı mülki şəxs, 126 Hizbullah üzvü, 5 mülki israilli və 9 İsrail əsgəri həlak olub.

Firudin Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR