Rusiya müdafiə naziri: "Biz xüsusi hərbi əməliyyatın məqsədlərinə çatmağa doğru irəliləyirik"

img

26-12-2023 [17:14]


"Ukrayna ordusunun əks-hücumunun qarşısını almaq tapşırığı yerinə yetirilib".

Mia.az Rusiya mətbuatına istinadla xəbər verir ki, bu sözləri Rusiyanın müdafiə naziri Sergey Şoyqu Moskvada hərbçilərlə görüşdə deyib.

Onun sözlərinə görə, Ukrayna və onun NATO-dakı müttəfiqləri tərəfindən elan edilən əks-hücumunun qarşısı qətiyyətlə alınıb: "Rus ordusu bu vəzifəni uğurla yerinə yetirib. Artıq effektiv müdafiə xətti yaradılıb, bütün qoşunların döyüş hazırlığı gücləndirilib. Bununla belə, Rusiya ordusu əlverişli mövqeləri nəzarəti altına almağa davam edir. Biz xüsusi hərbi əməliyyatın məqsədlərinə çatmağa doğru irəliləyirik. Hazırda Müdafiə Nazirliyi güclü, etibarlı, yaxşı təchiz edilmiş, yüksək motivasiyalı Silahlı Qüvvələrin yaradılması istiqamətində işlərini davam etdirir".

Lamiyə

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq