Güclü külək olacaq - Xəbərdarlıq

img

26-12-2023 [16:29]


Bakıda və Abşeron yarımadasında dekabrın 27-si axşamdan 28-i gündüzədək qısa müddətə qərb, şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s, səhər yarımadanın bəzi yerlərində arabir 28-32 m/s-dək güclənəcəyi gözlənilir.

Mia.az Milli Hidrometeorologiya Xidmətinə istinadla xəbər verir ki, dekabrın 28-i axşamdan 29-u səhərədək yarımadanın bəzi yerlərində fasilələrlə yağıntı olacağı ehtimalı var.

Azərbaycanın rayonlarında dekabrın 27-si axşamdan 28-i axşamadək bəzi yerlərdə qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s, 28-də ayrı-ayrı yerlərdə arabir 28-32 m/s-dək güclənəcəyi gözlənilir.

Dekabrın 28-i səhərdən 29-u səhərədək isə qısamüddətə əsasən şimal və şərq rayonlarında arabir yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı gözlənir. Ayrı-ayrı yerlərdə (Balakən-Şəki,Quba-Qusar, Lənkəran-Astara) intensiv olacağı ehtimalı var.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA