Suriyadan Türkiyəyə qanunsuz keçməyə cəhd edən 18 nəfər tutulub - İkisi terrorçudur

img

26-12-2023 [12:57]


"Suriya ilə sərhəddə 2-si terrorçu olmaqla 18 nəfər ələ keçirilib".

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, tutulanlardan birinin İŞİD, digəri isə PKK/KCK/PYD-YPG terror təşkilatı üzvüdür: "Sərhədlərimizdə qeyri-qanuni keçidlərə qarşı mübarizəmiz davam edir. Sərhəd Qartallarımız Suriyadan qeyri-qanuni yollarla ölkəmizə keçməyə cəhd edən 18 nəfəri yaxalayıb. Aparılan araşdırmalar nəticəsində ələ keçirilən şəxslərdən 1-nin İŞİD, 1-nin isə PKK-çı olduğu müəyyən edilib".

Lamiyə

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR