Azercell Yeni il öncəsi yenilənmiş rouminq xidmətini təqdim edir

img

26-12-2023 [12:14]


Lider mobil operator 160 ölkədə 390-dən çox şəbəkədə rouminq xidməti təklif edir 

Azercell abunəçilərin rouminqdə müştəri təcrübəsini inkişaf etdirmək məqsədi ilə Yeni il öncəsi yenilənmiş rouminq xidmətini təqdim edir.  

Mia.az-ın məlumatına görə, indi rouminq internet paketləri daha əlçatandır. Azercell 60-dan çox şəbəkəni əlavə etməklə rouminq internet paketlərinin əhatə dairəsini daha genişləndirdi. Artıq abunəçilər 88-dən çox ölkədə 210 operatorun şəbəkəsində Azercell-in sərfəli rouminq internet paketlərindən  faydalana bilərlər. Bundan başqa, paketlərdən istifadə zamanı manual şəbəkə seçiminə ehtiyac qalmadı.  

•    Səyahət zamanı “Kabinetim” tətbiqindən, Azercell-in  rəsmi saytından və canlı çatdan istifadə (Live chat) nəticəsində yaranan trafikə görə xidmət haqqı tutulmayacaq.   

•    Eyni zamanda tərəfdaşların çoxsaylı istəklərini nəzərə alaraq, korporativ müştərilər üçün xüsusi olaraq yeni 10 GB həcmində rouminq internet paketi istifadəyə verildi.

Azercell-in rouminq xidməti haqqında ətraflı məlumat əldə etmək üçün: 
https://www.azercell.com/az/personal/plans-and-services/roaming.html


 


Digər xəbərlər
SON XƏBƏRLƏR