İran prezidenti: "Onlar bu cinayətin əvəzini mütləq ödəyəcəklər"

img

26-12-2023 [10:35]


İran prezidenti İbrahim Rəisi İsrailin Suriyaya endirdiyi hava hücumunda həlak olan İran İnqilab Keşikçiləri Ordusunun (SEPAH) komandanı Seyid Razi Musəvi ilə bağlı başsağlığı mesajı yayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, başsağlığı mesajında ​​İsraili hədələyib: "Qatil sionist rejimin Dəməşqə hücumu nəticəsində Seyyid Razi Musəvinin həyatını itirib. Buna görə İran xalqına başsağlığı verirəm. Bu hərəkət, şübhəsiz ki, İsrailin qəsbkar, eyni zamanda acixliyinin daha bir göstəricisidir. Bu cinayətin məsuliyyəti sionistlərin üzərinə düşür. Sionistlər bu cinayətin əvəzini mütləq ödəyəcəklər".

Tahir Şəlvəli

MİA.AZ
 


Digər xəbərlər
SON XƏBƏRLƏR