Sabiq nazir vəfat edib - Türkiyədə

img

26-12-2023 [10:14]


Türkiyədə keçmiş əmək naziri Yaşar Okuyan müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, 73 yaşlı Okuyan bir müddət əvvəl daxili qanaxmadan reanimasiyaya yerləşdirilbmiş.

Onun ölümü barədə qızı Ülkü Okuyan açıqlama verib: "Atam Yaşar Okuyan səhər saatlarında müalicə aldığı Başkent Universiteti Xəstəxanasında vəfat edib....".

Xatırladaq ki, keçmiş nazir Yaşar Okuyan son prezident seçkilərində CHP sədri Kamal Kılıçdaroğluna qarşı çıxan İYİ Partiya lideri Meral Akşeneri kompromatla hədələmişdi: "O, əgər "6-lı Masa"nı dağıdarsa, eləşeylər açıqlyacağam ki, Meral xanım insan içşinə çıxa bilıməyəcək..."

Yaşar Okuyan 1949-cu ildə İstanbulda anadan olub. Əslən Rizədən olan Okuyan Ankara Atatürk Liseyində oxuyub. Bir müddət jurnalist kimi çalışıb. O, 21 il müxtəlif qəzet, jurnal və agentliklərdə müxbir, fotojurnalist, direktor və köşə yazarı kimi çalışıb və daimi Mətbuat Kartı almaq hüququ qazanıb. O, İmbat Şirkətlər Qrupunun İdarə Heyətinin sədri olub. 1970-ci illərin əvvəllərində MHP-də aktiv siyasətə başlayıb. O zaman “Hergün” qəzetində köşə yazarı, İdealist Jurnalistlər Cəmiyyətinin prezidenti idi. 1980-ci il 12 sentyabr çevrilişindən sonra Yaşar Okuyan da saxlanılıb.

O, ANAP yarananda Turqut Özalın yanında yer alıb, 1991-ci ildə Məsut Yılmazın ANAP sədri seçildiyi qurultayda fəal iştirak edib. Daha sonra partiya sədrinin müşaviri, Mətbuat və Təbliğat sədri, sədr müavini vəzifələrində çalışıb. Yalova vilayət olduqdan sonra 20 və 21-ci dövrlərdə Yalova millət vəkili seçildi. Daha sonra isə Əmək naziri təyin edilib. 

O, Məsut Yılmazla fikir ayrılığı yarandıqdan sonra nazirlikdən və ANAP-dan ayrılıb. ANAP-dan istefa verdikdən sonra 2002-ci ildə keçmiş partiyası MHP-yə üzv olub. 2004-cü ildə 28 fevral dövründə Hüsamettin Cindoruk və komandası tərəfindən qurulan Demokratik Türkiyə Partiyasının başqanı oldu. 2005-ci ilin may ayında keçirilən növbədənkənar qurultayında partiyanın adını Azadlıq və Dəyişiklik Partiyası olaraq dəyişdirdi. 

2008-ci ildə sədri olduğu Azadlıq və Dəyişiklik Partiyasını bağladı və Xalqın Yüksəlişi Partiyasına keçdi. Daha sonra Yaşar Nuri Öztürk tərəfindən partiyadan xaric edilib. O, 2011-ci ildə Yalovadan deputatlığa müstəqil namizəd olub, lakin seçilə bilməyib. MHP-də siyasətə başlayan və ANAP-ın qurucuları arasında olan Okuyan 2019-cu ilin fevralında CHP-yə üzv olub.

Yaşar Okuyan 1989-cu ildə landşaft memarı və rəssamı Öcal Hanımla ailə həyatı qurub. O, həyat yoldaşından boşanıb. Üç qızı olan Okuyan 2012-ci ildə özündən 27 yaş kiçik mədən mühəndisi Özlem Xanımla ailə həyatı qurub.

Tahir Şəlvəli

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR