TƏBİB-də qrip xəstəliyinə qarşı peyvəndlənmə təşkil edilib

img

26-12-2023 [10:02]


TƏBİB-də mövsümi qrip xəstəliyinə qarşı peyvəndlənmə təşkil olunub.

Mia.az xəbər verir ki, peyvəndlənmə prosesində qurumun rəhbər heyəti və əməkdaşları iştirak ediblər.

İlkin olaraq müvafiq müayinələrdən keçirilən və əks göstərişin qeydə alınmadığı əməkdaşlara peyvənd vurulub.

Qeyd edək ki, ölkəyə Səhiyyə Nazirliyi tərəfindən gətirilən qrip əleyhinə vaksinlər Niderland istehsalıdır. Bu peyvəndlər Ümumdünya Səhiyyə Təşkilatının və Avropa Şurasının tövsiyələrinə müvafiqdir.

Mövsümi qrip xəstəliyinə qarşı peyvənd olunma xəstəliklərdən qorunmaq və immun sistemi gücləndirmək üçün tövsiyə olunur. Peyvənd böyüklərə və 6 aydan yuxarı olan uşaqlara təyin etmək üçün nəzərdə tutulub.

Peyvəndin tərkibindəki təsiredici maddəyə və ya preparatın tərkibinə daxil olan köməkçi maddələrdən hər hansı birinə qarşı allergiya olması böyüklərdə və uşaqlarda istifadəsinə əks göstərişdir.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:54 30.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA