Əkrəm İmamoğlunun xanımına təxribat: bağışladığı avtobusdan adı silinib

img

26-12-2023 [09:17]


İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) Bələdiyyə sədri Əkrəm İmamoğlunun həyat yoldaşı Dilek İmamoğlunun Trabzonda qadınlardan ibarət  İskofya Voleybol Komandası üçün ayırdığı avtobusa hücum olub.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, naməlum şəxs və ya şəxslər Dilək İmamoğlunun hədiyyə etdiyi avtobusa yazılan “Dilek İmamoğlu İskofyaspor Klubuna uğurlar arzulayır” yazısını siliblər.

Xatırladaq ki, Dilek İmamoğlu 1974-cü ildə Trabzonun Çarşıbaşı mahalının Kovanlı rayonunda anadan olub. İmamoğlu İstanbul Universitetinin Turizm fakültəsini bitirib və dövlət idarəçiliyi üzrə magistr dərəcəsi alıb. 1995-ci ildə Əkrəm İmamoğlu ilə ailə həyatı qurub.

Fərid

MİA.AZ

img img

Digər xəbərlər
SON XƏBƏRLƏR