DAHA BİR MAFİYA ÇÖKDÜRÜLDÜ: 11 milyardlıq sərvətə "əl qoyuldu"

img

26-12-2023 [00:06]


Türkiyədə mafiyalara qarşı amansız əməliyyatlar davam edir.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu dəfə Antalyada keçirilən “Kafes-24” əməliyyatı ilə “Çukur Dəstəsi” kimi tanınan mütəşəkkil cinayət qrup zərərsizləşdirilib, mafiyaya məxsus ümumilikdə 11 milyard lirəlik sərvətə "əl qoyulub".

Bu barədə açıqlama verən Daxili İşlər naziri Ali Yerlikaya bildirib ki, mafiya lideri Bayram Dinçer başda olmaqla 43 nəfər həbs olunub və hazırda istintaq davam edir: "Əməliyyat nəticəsində cinayətkar dəstə liderinin qaldığı villadan 3 tapança, 15 ov tüfəngi, 85 mülkiyyət sənədi, 680 veksel, 380 çek, 18500 avtomobil alqı-satqısı müqaviləsi, 800 etibarnamə, 80 bank kitabçası, 60 kredit kartı, 2 kriptovalyuta pul kisəsi, 80 pul köçürmə sənədi, 66 mobil telefon, xeyli dollar, avro, tl, qızıl, brilyant  və digər qiymətli əşyalar aşkarlanaraq götürülüb"

Nazir qeyd edib ki, bu cinayətkar dəstə maddi çətinliyi olan insanlara sələmə pul verib, daha sonra ödəyə bilməyənlərə hər cür zorakılıq göstərib, hətta bəzilərinin intiharına səbəb olublar: "Bundan əlavə, yanlarına gələn zərərçəkmişləri başqa sələmçilərə yönləndirərək, onları borc bataqlığından çıxmağa qoymayıblar. Digər yandan, onlar zərərçəkənlərə məxsus daşınar və daşınmaz əmlakları zorla əllərindən alıblar...".

Nazir dəstənin çirkli pulların yuyulması və digər çoxsaylı cinayətlərdə də "əli"nin olduğunu vurğulayıb: "Cinayətkar dəstəyə məxsus bank hesabları nəzarətə götürülüb...".

Firudin SƏFƏRLİ

MİA.AZ

img img

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq