Nigeriyada çobanlarla fermerlər arasında atışma: 16 nəfər öldürülüb

img

25-12-2023 [16:12]


Nigeriyanın şimalında yerləşən Plato əyalətinin Muşu qəsəbəsində çobanlarla fermerlər arasında növbəti silahlı toqquşma baş verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, müsəlman çobanlarla xristian fermerlər arasında baş verən atışmada 16 nəfər həyatını itirib, yaralılar var.

Hadisənin nə üstə baş verdiyi açıqlanmayıb.

Plato əyalətinin qubernatoru Kaleb Mutfvanq yaşanan qanlı hadisəni vəhşilik sayıb: "Hökumət bu barbar və qəddar toqquşmaya dərhal ümdaxilə etməli, lazımı tədbirlər görməlidir".

Məlumata görə, buəyalətdə tez-tez belə silahlı toqquşmalar olur.

Belə ki, keçən may ayında illərdir etnik və dini gərginliyin yaşandığı Plato əyalətində bəzi kəndlərə silahlı şəxslər basqın edəərk, ümumilikdə 100-dən çox adamə öldürüb.

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR