Qüds Latın Patriarxının arxiyepiskopu: "Qəzzada təkcə atəşkəs deyil, soyqırım da dayandırılmalıdır"

img

25-12-2023 [14:30]


“Qəzzə xalqının və uşaqlarının artıq təhlükəsiz yeri yoxdur”.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Qüds Latın Patriarxının arxiyepiskopu Pierbattista Pizzaballa işğal altındakı İordan çayının qərb sahilinin Beytləhm şəhərində İsa Məsihin doğulduğu güman edilən mağaranın üzərində tikilmiş Mehd (Mövlud) kilsəsində keçirilən Milad mərasimində deyib.

Onun sözlərinə görə, hazırda Qəzzaya lazım olan təkcə atəşkəs deyil, soyqırım müharibəsinə son qoyulmasıdır.

Pizzaballa mərasimə qəzzalılara dəstək məqsədiylə fələstinli keffiye geyinərək etdiyi çıxışda daha sonra bildirib ki, o, hər gün qəzzalı uşaqlar və sülh üçün dualar edir: "Dediyim kimi, burada lazım olan təkcə müharibəni dayandırmaq deyil, Qəzzada iztirab yaradan baş verən hər şey dayandırılmaqdır. İsrailin müharibəsinə son qoyulsun, Qəzzalı uşaq və xalqın iztirablarına son qoyulsun...". 

Firudin Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR