İsrail ordusu daha iki hərbçisini itirib - Qəzzada

img

25-12-2023 [10:26]


İsrail ordusunun Qəzzada daha iki hərbçisi həlak olub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə məlumatı İsrail Müdafiə Nazirliyi yayıb.

Məlumata görə, 2,5 aydan çoxdur savaşın getdiyi Qəzzada bu gün səhərə yaxın 14-cü Zirehli Briqadadan kiçik zabiti, 30 yaşlı Nitai Maizels və Nahal Briqadasının 50-ci Batalyonundan 20 yaşlı Rani Tamir həlak olublar.

İsrail ordusunun son məlumatlarına görə, bununla da 7 oktyabrdan indiyədək Qəzzada həlak olan hərbçilərin sayı 489-a çatıb: "Onlardan 156-sı Qəzzada quru əməliyyatlarında həyatları ilə vidalaşıblar".

Firudin Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR