Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
24-12-2023 [00:02]
Qoç - çox çətin gündür. Çalışdığınız kollektivdə əks cins mənsubu ilə münasibətləriniz gəriləcək. Rəqiblər fəallaşıblar. Ehtiyatlı olun. Sərvaxt davranın, ətrafınızda baş verən hadisələri diqqətlə izləyin.
Günün ikinci yarısında sizdən sui-istifadə etməyə can atanlar olacaq. Yaxşı bələd olmadığınız insana etibar etməyin. Yeni tanışlarla ünsiyyətdə sayıq olun.
Niyyət və istəklərinizi dəqiqləşdirin. Yaxın gələcəklə bağlı planlarınızı müəyyənləşdirin. Gərəksiz hisslər və mənasız əlaqələrdən qurtulun. Əlaqələr sizi qayğılandırmamalıdır.
Buğa - günün ilk yarısında işlər pis olmayacaq. Önəmli məsələnin həllinə başlayın və onu vaxtında tamamlayın. Pullarınızı məntiqlə xərcləyin. Çoxdan başladığınız, amma yarımçıq qalmış layihəni başa vurmağa çalışın.
İşdə aktiv olun, işgüzar insan olun.
Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlarla təmaslarda aktiv olun. Axşam saatları romantik hisslər vəd edir. Sevdiyiniz insanla incə davranın. Könül qırmayın.
Əkizlər - birgə fəaliyyətdə rolunuzu və öhdənizə düşən işləri dəqiq planlaşdırın. Belədə nüfuzunuz daha da artar. Nəzərdə tutulmamış gəlir istisna deyil. Yaradıcı insanlar üçün uğurlu zamandır. Məharətinizi nümayiş etdirə bilərsiniz. Uzunmüddətli səfər planlaşdırmayın.
Günün ikinci yarısında enerji potensialınızın səviyyəsi aşağı düşəcək. Aktiv işlər planlaşdırmayın. Axşam saatlarını ailə üzvləri ilə keçirin. Qayğı və məhəbbətə ehtiyac duyacaqsınız. Diqqətli, qayğıkeş olun.
Xərçəng - peşəkar fəaliyyət müstəvisində irəliləyiş üçün münasib zamandır. Tərəfdaş və şəriklərinizi yeni ideyanızla tanış edin. Məntiqli danışın, laübəli fikirlər söyləyin. Şəxsi əmlakla bağlı məsələlərdə sayıq davranın.
Günün ikinci yarısında yadlar əmlakınıza və maraq arealınıza müdaxilə etmək istəyəcəklər. Müqavimətiniz sərt, ciddi olmalıdır.
Ailə qayğılarına vaxt ayırın. Köhnə əşyalarla yanaşı, mənasını itirmiş əlaqələrdən qurtulmaq zamanıdır. Sevdiyiniz insanla təmaslarda qayğıkeş, həssas olun. Kobudluq etməyin. Güclü emosiyalar yalnız zərər vura bilər.
Şir - ən çətin işlərin öhdəsindən asanlıqla gələ bilərsiniz. Karyera müstəvisində irəliləməyə can atın. İşdə rəhbərliyə müraciət etmək, danışıqlar aparmaq mümkündür. Nüfuzunuzu artırmaq üçün aktiv çalışın.
Praqmat olun. Maliyyə məsələlərində diqqətli davranın.
Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlardan biri sizə olan hisslərini açıqlayacaq. Əlaqələri intensivləşdirin. Təmaslarda narahatlıq olarsa, soyuqqanlı olun. Axşam saatları romantik görüşlər üçün yaxşıdır. Fəqət, qeyri-adi nə isə gözləməyin.Normal istirahət etməyə çalışın.
Qız - günün ilk yarısından effektiv hesab etməyə çalışın. Ən müxtəlif sahələrdə fəaliyyət üçün əlverişli zamandır. Ən yaxşı məziyyətlərinizi nümayiş etdirin. Bilik və bacarıqlarınızı göstərin. Yaxın ətrafınızdakı insanlar mənəvi dəstək və maddi yardım istəyi ilə sizə müraciət edəcəklər.
Günün ikinci yarısında qarşı tərəfdə özünüzlə bağlı xoş təəssürat yaratmaq üçün izafi çalışmağa ehtiyac yoxdur. Təbii davranmaq yetər. Maraqlandığınız insanı axşam saatlarında şam yeməyinə dəvət edə bilərsiniz.
Tərəzi - sağlam praqmatizmdən kənarlaşmasanız, işlərin öhdəsindən gələcəksiniz. Özünüzdən bədgüman olmayın. Xüsusi diqqət tələb edən çətin işlərə başlaya bilərsiniz. Təşəbbüskar olmaqdan çəkinməyin. Bununla belə, reallığı dürüst qiymətləndirin.
Günün ikinci yarısında həddən artıq ağır işə başlayaraq özünüzü yormayın. Səhhətinizin qeydinə qalın.
Sakit davranın, aramla çalışın. Dostlarla görüş, habelə ailə işlərinin həlli üçün yaxşı zamandır. Uzunmüddətli münasibətlər arzulayırsınızsa, tələsin. Sevdiyiniz insan və ya dəyər verdiyiniz şəxs sizdən fəallıq gözləyirlər.
Əqrəb - işgüzar sahədəki maneələri sürətlə dəfə edə bilərsiniz. Maddi durumunuzu yaxşılaşdırmağa can atın. Yardıcılıq potensialınız yüksəkdir. Maraqlı ideyalarınızı həyata keçirməyə çalışın. Planlaşdırılmamış səfərlərdən biri effektiv və mühüm ola bilər.
Günün ikinci yarısında tərəfdaş və ya şəriklərlə əməkdaşlıqda önəmli nüansları unutmayın. İlk baxışdan kiçik, xırda detal təsiri bağışlayan nüanslara fikir verin. Yanınızdakı insanların davranışlarına fikir verin.
Axşam saatlarında ünsiyyət həm faydalı, həm də xoş ola bilər.
Oxatan - günün ilk yarısındakı əlverişli şərtləri dəyərləndirin. Sürətli nəticə əldə etməyə can atmayın. Enerjinizi konkret əməllərə və fəaliyyətə yönəldin. Peşəkarcasına işləyin, aldığınız sifarişləri unutmayın. Vədləri qulaqardına vurmayın. Maliyyə məsələlərində gərginlik yaranacaq.
Günün ikinci yarısında soyuqqanlı olun, əsassız iradlar səsləndirməyin. Düşünülməmiş kəlmələrin fəsadları ağır ola bilər. Axşam saatlarındakı romantik təmaslar məmnunluq hissi yaradacaq. Evdən kənarda, sakit məkanda istirahət edin.
Oğlaq - yaradıcılıq fəaliyyəti üçün əlverişli zamandır. Qeyri-standart məsələlərin öhdəsindən gəlin. Dürüst qərarlar qəbul edin. İnformasiya az olsa da, çətinliklərin həllində ənənəvi olmayan vasitələrdən istifadə edə bilərsiniz.
Rutin işləri qulaqardına vurmayın. Xırdalıqlara və detallara fikir verin.
Günün ikinci yarısında işlərdə qəfil dəyişikliklər ola bilər. Kiçik olaylar planlaşdırılmış işləri başa vurmağa maneələr yaradacaq. Evdə hər şey normaldır.
Axşam saatlarında ailə üzvləri ilə ünsiyyət əhvalınızı yaxşılaşdıracaq.
Dolça - işgüzar müstəvidə sizə gərəkli ola biləcək, yardım edəcək insanları öz tərəfinizə cəlb edin. Belədə daha ciddi nəticələrə nail olmaq, resurslarınızdan effektiv yararlanmaq imkanlarınız artacaq. Hisslərinizin əsiri olmayın, illüziyalara qapılmayın. Yanlış qərar verməyin.Günün ikinci yarısı rəqiblərdən biri ilə münasibətləri normallaşdırmaq üçün sərfəli zamandır. Sizdən incimiş insanın könlünü alın.Çoxdan bəri görmək istədiyiniz, darıxdığınız şəxslə axşam saatlarında bir araya gələ bilərsiniz.Normal istirahət etməyə çalışın.
Balıqlar - günün ilk yarısı münasib və əlverişli zamandır. Kommersiya fəaliyyəti ilə məşğul olmaq mümkündür. Maliyyə məsələlərini həll edin. Pulla bağlı məqamlarda diqqətli olun. Alış-verişdə sayıq davranın. Sərmayələr gəlir gətirəcək.
Günün ikinci yarısında yaxınlarınızla münasibətlərdə fikir ayrılıqları yarana bilər. Axşam saatlarına qədər təmaslarda harmoniyanın bərpa olmasına çalışın. Yaşam potensialınızın səviyyəsi yüksəkdir. Səhhətinizdə problemlər yaranmayacaq. Yorğunluq hiss etməyəcəksiniz.
Milli.Az
"Ləyaqət, saf niyyət və xeyirxah ürək..." - Mehriban Əliyeva Prezidenti belə təbrik etdi
Monteneqro Türkiyə vətəndaşlarına qarşı qərarı geri götürdü
Çin 100-dən çox yeni qitələrarası ballistik raket ehtiyatı toplayıb? - Rəsmi Pekindən açıqlama
Məşhur YAP-çı Prezidenti belə təbrik etdi: "Qəhrəman nüvədililərin arzusu odur ki..."
AFCON 2025: Seneqal və Konqo qələbə qazandılar
Ziraat Türkiyə Kuboku: "Konyaspor" qalib gəlib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bu gün Azərbaycan Prezidentinin doğum günüdür...
Ankarada təyyarə qəzası: Liviyanın Baş qərargah rəisi həlak olub
“Araz-Naxçıvan”ın prezidenti ölkədən qaçıb? - Zaur Axundovun qardaşı axtarışa verilib (Yenilənib)
Prezident İlham Əliyev Xankəndidə: "Əsas odur ki, öz doğma torpağınızdasınız" - FOTOLAR (Yenilənib)
ABŞ-dan ölkədə qanunsuz yaşayan miqrantlara mesaj: "Könüllü ölkəni tərk et, 3 min dollar al!"
Leyla Əliyeva Zəhra Pezeşkianla görüşüb - Bakıda + FOTOLAR
Qənimət Zahidə hökm oxundu - 7 il həbs cəzası kəsildi
İran prezidenti İlham Əliyevə zəng edib
"Ata Abdullayev amnistiyaya düşmür" - Vəkil xəbəri təkzib etdi
SABİQ REKTORA HÖKM OXUNDU - Məhkəmə iclası
Ceyhun Bayramov UNESCO-nun yeni Baş katibi ilə müzakirə aparıb
Prezident İlham Əliyev Ağdamda - FOTOLAR (Yenilənib)
İsrail Qəzzaya yenə zərbə endirib - Ölənlərin sayı 70.942-yə çatıb
Elmar Baxşıyev istefa verib
DEPUTATLAR TOPLANIR: hansı qanunlar dəyişir? - SİYAHI
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
BƏYLƏR ƏYYUBOVUN QARDAŞI OĞLU QANDALLANDI: 5 milyonluq qaçaqmalçılıq işi üzrə həbslər başlayıb - AÇIQLAMA (YENİLƏNİB)
İran vətəndaşı saxlanılıb - 41 kq narkotiklə...
Prezident Ballıcada istehsal müəssisəsinin açılışında - FOTOLAR
Bir vəkil kollegiyadan xaric olunub
“Nar” və “Netty” ilin ən yaxşı rəqəmsal təşəbbüslərini mükafatlandırdılar - FOTOLAR
Prezident Qarabağ Universitetinin Mühəndislik fakültəsinin binasının təməlini qoyub
İordan çayının Qərb Sahilində əməliyyat: 40 fələstinli saxlanılıb
Zelenski: "Putin bu zərbələrlə müharibəni dayandırmaq istəmədiyini bir daha sübut edib"
Tramp qubernatoru ABŞ-ın Qrenlandiya üzrə xüsusi nümayəndəsi təyin etdi - Qarşı tərəf etiraz bəyanatı verdi
Azercell-in dəstəyi ilə növbəti Uşaq Paralimpiya Oyunları keçirilib
Deputatlar bu tarixdə toplanacaq
Sabah bəzi yerlərdə yağış yağacaq
Enerji Effektivliyi İnformasiya Sistemi yaradılacaq - Deputatlar yeni qanunu təsdiqləyib
MƏHKƏMƏ HAKİMLƏRİ BARƏDƏ YENİ QANUN QƏBUL OLUNDU
Müəllimlərin işə qəbulu imtahanı: ikinci mərhələ pullu olacaq - Yeni qanun qəbul edildi
"Amazon" Şimali Koreyalıdann olan "işçilər"ə "yox" dedi - 1800 agentin müraciət geri qaytarılıb
ABŞ-la sərhəddə təyyarə qəzaya uğradı - 5 nəfər ölüb