Türk ordusu İraqda 3 şəhid  verib, yaralılar var

img

22-12-2023 [23:41]


Türk ordusu İraqın şimalında 3 şəhid  verib, yaralılar var.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər xəbər verir ki, bu məlumatı Milli Müdafiə Nazirliyi açqılayıb.

Məlumata görə,  İraqın şimalında separatçı terror təşkilatı üzvlərinin həyata keçirdiyi hücumda 3 əsgər şəhid olub, 4-ü isə yaralanıb: "Terrorçuların qaçış istiqamətlərinə qarşı həyata keçirilən hava əməliyyatlarında ilkin təsbitlərə görə, 4 terrorçu zərərsizləşdirilib".

Nazirlik Allahdan şəhidlərə rəhmət diləyib, şəhidlərin ailələrinə, Türkiyə Silahlı Qüvvələrinə və türk millətinə başsağlığı verib.

Lamiyə

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR