"Qırmızı Kitaba" düşən quşları ovlayan şəxs saxlanılıb

img

22-12-2023 [18:03]


Biləsuvarda adı "Qırmızı Kitaba" düşən quşları ovlayan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Mia.az-a verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz ovun qarşısının alınması məqsədilə keçirdikləri növbəti tədbirlər nəticəsində rayon sakini Faiq Həsənovun rayonun Muğan kəndi ərazisində ov üçün təyin edilməyən yerdə qanunsuz olaraq ov etdiyi aşkarlanıb.

Həmin şəxsdən ovladığı, adı Azərbaycanın “Qırmızı Kitab”ına düşən 2 ədəd bəzgək quşu və 1 ədəd ov tüfəngi götürülüb.

Faktla bağlı F.Həsənov barəsində İnzibati Xətalar Məcəlləsinin 272.3-cü (Ov qaydalarının kobud şəkildə pozulması) maddəsi ilə inzibati qaydada protokol tərtib olunaraq baxılması üçün Rayon Məhkəməsinə göndərilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:54 30.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA