"Evlərinizi boşaldın" - İsrail ordusu Qəzzadakı qaçqın düşərgəsinin sakinlərinə səsləndi

img

22-12-2023 [14:29]


İsrail ordusu Qəzzadakı Bureyc qaçqın düşərgəsinin sakinlərini evlərini boşaltmağa çağırıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, İsrail ordusu bu gün düşərgə və ona yaxın ərazilərə yaşayan fələstinlilərə müraciət edib.

Müraciətdə onlardan təcili olaraq evlərini tərk edərək Deyr əl-Bələh qəsəbəsinə doğru getmələri tələb olunub: "Təhlükəsizliyiniz üçün dərhal Deyr əl-Belaha yola çıxın..."

Məlumata görə, bu tələb əhali arasında ciddi təşviş yaradıb.

Lamiyə Əhmədli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq