İsrail ordusu: "Şucaiyye qəsəbəsinə nəzarət ələ alınıb"

img

22-12-2023 [00:19]


İsrail ordusu Qəzza zolağının şimalında şiddətli toqquşmaların davam etdiyi Şucaiyye qəsəbəsinə nəzarəti ələ keçirib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə İsrail ordusu açıqlama yayıb.

Açıqlamaya əsasən, HƏMAS-la ən şiddətli toqquşmalara səhnə olan Şucaiyye qəsəbəsində əməliyyat uğurla başa çatıb: "Hərbçilərimiz artıq qəsəbə və onun məhəllələrinə əməliyyat nəzarətini tam ələ alıb".

Firudin Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR