Qəssam Tuqayları: "Snayperlərimiz qorxu saçmağa davam edir" - "İsrailin indiyədək 720 hərbi maşınını sıradan çıxarmışıq"

img

22-12-2023 [00:06]


"Müharibə başlayandan bəri İsrailin 720 hərbi maşınını qismən və ya tamamilə məhv etmişik".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Tuqaylarının sözçüsü Əbu Ubeyde onlayn keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, savaş başlayandan bu günədək İsrailə böyük itkilər yaşadıblar: "Müqavimət döyüşçüləriniz İsrail əsgərlərini və hərbi maşınlarına qarşı qətiyyətlə savaşır. 7 oktyabrdan bu yana 720 hərbi texnikanı sırdan çıxarmışıq. Təkcə son bir həftə içində müqavimət qüvvələri ən azı 12 dəfə İsrail əsgərləri ilə birbaşa açıq döyüşə girib, onlıarı geri oturdub. Bununla belə, snayperlərimiz düşmənə qorxu saçmağa davam edir".

İsrailin bəzi HƏMAS komandirlərinin öldürməsi barədə açıqlamalarına toxunan sözçü iddia edib ki, İsrail bundan əvvəl də müqavimət liderlərini və döyüşçülərini öldürüb: "Lakin onların qanı savaş ruhumuzu çiçəkləndirdi, gücümüzə güc qatdı. İsrail özünün qaranlıq tarixi boyu həmişə qırğınlar törədib. Onlar xalqımıza "intiqam" almaqdan başqa seçim qoymadı. İsrail hələ də işğaldan xilas olmaq istəyən azad insanların iradəsinin nə demək olduğunu anlaya bilmədi. ancaq onlar bunu biləcək. İsrail və ordusu burada heç nəyə nail olmayacaq, onlar uğursuzluğa məhkumdur".

Firudin Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq