Makron Kral II Abdullahla görüşüb: "Qəzzada atəşkəsə nail olmağa çalışırıq"

img

22-12-2023 [00:13]


"Hazırda Qəzzada atəşkəsə nail olmağa çalışırıq".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Fransa prezidenti Emmanuel Makron X sosial media platformasındakı paylaşımında yazıb.

O, paylaşımında İordaniyaya 2 günlük səfəri çərçivəsində İordaniya Kralı II Abdullah ilə görüşdüyünü bildirib.

Fransa və İordaniyanın Qəzzada ən qısa zamanda atəşkəsə nail olmaq və bölgə xalqının ehtiyaclarını ödəmək üçün birlikdə çalışdıqlarını ifadə edən Makron qeyd edib ki, ölkəsi indiyədək qəzzalılara 100 milyon avro yardım edib.

Makron humanitar yardımın bölgəyə çatması üçün İordaniyada Qəzzaya humanitar yardım platformasının yaradılmasını dəstəklədiyini və ölkəsinin artıq bu platformaya töhfə verdiyini də vurğulayıb: "Bu çərçivədə İordaniyanın paytaxtı Əmmana bu gün 11 ton humanitar yardım göndərdik. Yaxın günlərdə əlavə yardım da göndərəcəyik".

Fransa prezidenti sonda bölgədə abrışıbn yolunun müstəqil Fələstin dövlətinin yaradılmasından keçdiyini də sözlərinə əlavə edib.

Firudin Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR