Sensasiya: 60 yaşlı kişi ölən arvadının cəsədini evdə itlərə yedirib - "Onu çox sevirdim deyə..."

img

21-12-2023 [18:03]


ABŞ-ın Florida ştatında dəhşətli hadisə baş verib. 

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, ABŞ-da 60 yaşlı ari Consonun ölən arvadının meyitini günlərlə evində saxlayaraq, iki itinin cəsədi yeməsinə imkan yaradıb.

ABŞ mətbuatı yazır ki, 4 gün sonra hadisədən xəbər tutan yerli polis 60 yaşlıı kişini həbs edib. O, ilkin ifadəsində belə deyib: "Arvadım qonaq otağında idi, məniyardıma çağırdı. Lakin mən ora gələndə, o, artıq nəfəs almırdı. Onu çox sevirdim, ayırlmaq istəmədim deyə kimsəyə öldüyünü xəbər vermədim. Elə evdə - qonaq otağında uzanıqlı 4 gün saxladım. Cəsədin ayaq-baldır nahiyələrini itlərim yeyib...".

Məlumata görə, yerli polis evə gələndə cəsədin bir hissəsi olmayıb.

Xəbərdə deyilir ki, ilkin ifadəsindən sonra Conson 5000 dollar girov müqabilində sərbəst buraxılıb: "Məhkəmə onun həbs olunub-olinmayacağına isə yanvarın 18-də keçiriləcək iclasda qərar verəcək".

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR