Hacıqabulda ağır qəza: bir nəfər ölüb, iki nəfər yaralanıb

img

21-12-2023 [17:13]


Hacıqabul rayonunda “Prado” və “Qazel” markalı avtomobillər toqquşub.

Məlumata görə, qəza nəticəsində bir nəfər - Vüqar Əsgərov hadisə yerində ölüb.

İki nəfər Laçın rayon sakini - 1995-ci il təvəllüdlü Ağayev Şəfa İmdad oğlu və 1987-ci il təvəllüdlü Məmmədov Dəyanət Məhərrəm oğlu müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralılar Hacıqabul Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hazırda ölən şəxsin kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR