"Hizbullah" İsrailin şimal bölgələrinə yenə zərbə endirib

img

21-12-2023 [14:11]


"Hizbullah" İsrailin şimal bölgələrinə yenə zərbə endirib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Livandakı Hizbullah İsrailin Livanın cənubundakı mülki evləri vurmasına cavab olaraq İsrailin şimalını hədəf aldığını açıqlayıb.

Livanın rəsmi agentliyi NNA-nın məlumatına görə, bu barədə açıqlama yayan "Hizbullah" bildirib ki, İsrailin mülki şəxslərə qarşı hücumlarına heç vaxt dözməyəcəklər: "Biz eyni şəkildə cavab verəcəyik".

Məlumata görə, İsrailin şimalındakı Kiryat Şmona bölgəsinin Katyuşa raketləri ilə zərbələr endirilib.

Xatırladaq ki, oktyabrın 8-dən İsrailin Livanın cənubuna hücumları nəticəsində 26 livanlı mülki şəxs həlak olub. Bununla belə, qarşıdurmalarda 118 Hizbullah üzvü, 5 İsrail vətəndaşı və 6 İsrail əsgəri də həlak olub.

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR