ABŞ-da 48 il haqsız yerə həbsdə olan şəxsin günahsız olduğu üzə çıxdı - "Bu, dözümlülük və əzmkarlıq dərsidir"

img

21-12-2023 [13:30]


1974-cü ildə ABŞ-da törədilən qətlə görə 48 il həbsdə olan 71 yaşlı Qlin Simmonsun günahsız olduğu üzə çıxıb. 

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bununla da o, ABŞ tarixində ən uzun haqsız yerə həbs cəzası çəkən şəxs olub.

Məlumata görə, 1974-cü ildə ABŞ-ın Oklahoma ştatında törədilən qətlə görə 48 il 1 ay 18 gün həbs olunan 71 yaşlı Qlin Simmonsun günahsız olmasına  ötən gün Oklahoma dairəsinin hakimi Emi Palumbo hökm verib: "Bu məhkəmə aydın və inandırıcı dəlillərlə cənab Simmonsun mühakimə və həbs olunduğu cinayətdə təqsirli olmadığını müəyyən edir".

Məhkəmənin qərarından sonra jurnalistlərə açıqlama verən Simmons deyib: "Bu, dözümlülük və əzmkarlıq dərsidir. Heç kimə bunun ola bilməyəcəyini söyləməsinə icazə verməyin, çünki bu, həqiqətən də ola bilər".

Xatırladaq ki, Simmons Oklahomada bir içki mağazasını qarəti zamanı orada öldürülən Karolin Syu Rocersə görə Don Roberts ilə birlikdə mühakimə olunmuşdu. Həmin vaxtı o, ölüm cəzasına məhkum edilib. Daha sonra cəzalar ömürlük həbslə əvəz edilib.  48 il əvəvl o, məhkəmədə israrla hadisə yerndə olmadığını, hadisənin baş verdiyi gün doğulduğu Luiziana ştatında olduğunu deəsə də, hakimlər bunu sübut edən "inandırıcı dəlillər" göstərə bilmədiyinə görə barəsində məlum hökmü çıxarmışdı.

Xəbəırdə o da deyilir ki, ABŞ hökuməti haqsız cəza alan şəxsə təzminat ödəyəcək.

Firudin Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR