Blinkendən Konqresə çağırış: "Rusiyaya qarşı Ukraynanı dəstəkləməyə davam edəcəyik"

img

21-12-2023 [00:35]


"2024-cü ildə Rusiyaya qarşı Ukraynanı dəstəkləməyə davam edəcəyik".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri ABŞ dövlət katibi Antoni Blinken deyib.

Onun sözlərinə görə, rəsmi Moskva Ukraynada hərbi məqsədlərinə çata bilməyib: "Kiyev bu gün meydanda gözlənildiyindən daha uğurlu döyüşür, mübarizə aparır. ABŞ Konqresində Ukrayna ilə bağlı yardım paketinin qəbul edilməsini gözləyirik. Bilirisiniz ki, Ukrayna üçün ayrılan büdcə bitmək üzrədir. O səbəbdən Konqresdə dəstək paketi ən qısa zamanda qəbul edilməlidir. Əks halda, Rusiya, İran və Çini sevindirəcəyik...".

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR