Rusiyan XİN-dən ABŞ-a kəskin mesaj: "Şərəf, ədəb və insanlıqdan xəbərsizlər..."

img

21-12-2023 [00:29]


"ABŞ Yaxın Şərqdə böhranın dərinləşməsinə səbəb olub".

Mia.az Rusiya mətbuatına istinada xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ənənəvi brifinqdə sualları cavablandırarkən deyib.

XİN rəsmisi ABŞ-ın Qəzzadakı savaşa yanaşmasının Yaxın Şərqdə böhranın dərinləşməsinə və vəziyyətin daha da pisləşməsinə səbəb olduğunu xüsusi vurğulıayıb: "ABŞ administrasiyasının bu məsələyə yanaşmasını antisemitizm hesab etmək olar. Həm israillilər, həm də fələstinlilər yaxın xalqlardır. ABŞ-ın etdiyi hər şey həm israillilərə, həm də fələstinlilərə qarşıdır. ABŞ-ın regionla bağlı siyasəti hər iki xalqın ölümünə və aralarındakı düşmənçilyin daha da dərinləşməsinə səbəb olub. Bu, ümumi vəziyyətin pisləşməsinə və regionun gələcəyi üçün ölümcül nəticələr yaradıb...".

Yaxın Şərqdə gərginliyin azalma ehtimalının olmadığını ifadə edən Zaxarova bildirib ki, ABŞ-ın son illərdə bölgədə artan varlığı böhrana sivil həll yolu qoymayıb: "Əksinə, köhnədən yığılıb qalanları alovlandırdılar...”.

Ağ Evin sözçüsü Con Kirbinin "Qəzzada dinc əhalinin qətliamı İsrailin planlarına daxil deyil" açıqlamasına gəldikdə isə Zaxarova "Yalnız ədəb, şərəf, insanlıq və ya qanunilik haqqında heç bir fikri olmayanlar və ya bu xüsusiyyətləri itirən adam belə deyə bilər", - deyə cavab verib.

Zülfiyyə

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq