Falçıya getdi, təcavüzə məruz qaldı: "Falçı məni sığallayıb yatağa uzatdı..."

img

13-06-2014 [13:50]


Dərdinə falçıda əlac axtaran gənc qadının aqibəti faciə ilə sonuclanıb. Teleqraf.com xəbər verir ki, hadisə Türkiyə vətəndaşının başına gəlib. Öz ölkəsindən Kiprə falçı yanına gedən 34 yaşlı N.S həyatının böyük səhvini edib. Belə ki, gənc qadın 37 yaşlı E.Y.-nin cinsi təcavüzünə məruz qalıb. Hadisə ilə başlı polisə müraciət edən qadın falçının onu yataq otağına apardığını və sığallamağa başladığını deyib. N.S. polisə ifadəsində falçının bu hərəkətinə etiraz etdiyini, amma E.Y.-nin ona fiziki zorakılıq göstərdiyini və zorladığını bildirib: "E.Y. məni yatağa uzatdı. Dua oxuyaraq mənə edilmiş cadudan xilas edəcəyini dedi. Bir müddətdən sonra isə məni öpməyə başladı. Etiraz etdim, amma bu dəfə də sol gözümə yumruq vurdu. Məni öldürməklə hədələdi. Zorla paltarlarımı soyundurdu". Hüquq-mühafizə orqanları daxil olan şikayət nəticəsində Kipr vətəndaşı olan E.Y.-ni həbs edib. Faktla bağlı araşdırma davam edir. - See more at: http://teleqraf.com/news/9103#sthash.egdzmDSA.dpuf

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA