İngiltərədə həkimlər etiraza qalxıb - 3 gün işə çıxmayacaqlar

img

21-12-2023 [00:03]


İngiltərədə maaş artımı ilə bağlı hökumətlə aparılan danışıqların nəticəsiz qalmasından sonra həkimlər yenidən etiraza başlayıblar.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, həkimlər maaş artımına etiraza davam edəcəklərini bəyan ediblər: "Hələlik 3 gün işə çıxmayaraq etirazımızı hökumətin diqqətinə çatdırırıq. Bu dəfə bizə təcrübəyə gələn yeni həkimlər də qatılıblar...".

Böyük Britaniyanın Milli Səhiyyə Sisteminin məlumatına görə, keçən il səhiyyə işçilərinin etirazına görə 1,1 milyondan xəstə qəbulu və müalicə proseduru "axsayıb".

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR