Akademik Feyzulla Qasımzadənin 125 illiyi qeyd edilib
20-12-2023 [14:57]
AMEA-nın, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Ədəbiyyat Fondunun birgə təşkilatçılığı ilə görkəmli alim, Əməkdar elm xadimi, Əməkdar müəllim, akademik Feyzulla Qasımzadənin anadan olmasının 125 illiyinə həsr olunmuş “Akademik Mirzə Feyzulla Qasımzadə: iki zirvənin fatehi – Alim və müəllim” mövzusunda tədbir keçirilib.
Mia.az xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyinin “Natavan” klubunda təşkil olunan tədbirdə dövlət və hökümət nümayəndələri, elm və mədəniyyət xadimləri, tanınmış ədəbiyyatşünas alimlər, yazıçı və şairlər, eləcə də ədibin ailə üzvləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə Azərbaycan Ədəbiyyat Fondunun Baş direktoru, Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvü, Avrasiya Millətlər Assambleyası Ədəbiyyat Şurasının həmsədri Varis Yolçuyev açaraq görkəmli alimin mənalı ömür yolundan, çoxşaxəli fəaliyyətindən danışıb.
Akademik Feyzulla Qasımzadənin yaradıcılığını yüksək qiymətləndirən Varis Yolçuyev onun şəxsiyyət bütövlüyünə, zəngin daxili mənəviyyata malik alim və pedaqoq olduğunu vurğulayıb. Bildirib ki, A.Bakıxanov, N.B.Vəzirov, M.F.Axundov, M.Ş.Vazeh, Əbülqasım Nəbati və neçə-neçə mütəfəkkirlərimiz müstəqil tədqiqat predmeti kimi Feyzulla Qasımzadə tərəfindən araşdırılmışdır.
Sonra Azərbaycan Yazıçılar Birliyinin katibi, Xalq yazıçısı Çingiz Abdullayev çıxış edərək Azərbaycan xalqının zəngin ədəbiyyatı, incəsənəti, mədəniyyəti və tarixi ilə haqlı olaraq hər zaman fəxr etdiyini vurğulayıb. O, görkəmli ədiblərin yaradıcılıq yolunun gənc nəslə tanıdılması və təbliği baxımından bu cür tədbirlərin əhəmiyyətini qeyd edib.
Elm aləmində xidmətləri ilə seçilən, Azərbaycan ədəbiyyatşünaslığını dünya səviyyəsinə çıxaran akademik Feyzulla Qasımzadənin zəngin elmi irsi barədə məlumat verən Çingiz Abdullayev onun milli elmi kadrların hazırlanması, gənc nəslin yetişdirilməsi sahəsindəki xidmətlərindən bəhs edib. Bildirib ki, görkəmli alimin rəhbərliyi ilə 30 elmlər doktoru, 120-dən çox elmlər namizədi yetişdirilib.
Xalq yazıçısı Çingiz Abdullayev qeyd edib ki, akademik Feyzulla Qasımzadə Azərbaycanda yeni ictimai-siyasi sistemin məhsulu kimi formalaşan bir dövrün - bütöv bir yüzilliyin ədəbiyya¬tının ümumi inkişaf istiqamətini və mərhələlərini əks etdirən “XIX əsr Azərbaycan ədəbiyyatı tarixi” adlı fundamental tədqiqat əsərini 3 dəfə çap etdirib. Həmçinin bu yüzillik¬də yaşayıb-yaratmış böyük sənətkarlar, mütəfəkkirlər haqqında monoqrafiyalar yazıb. O, 600-dək elmi məqalənin, 34 kitabın müəllifi olub.
Tədbirdə Milli Məclisin deputatı, Xalq şairi Sabir Rüstəmxanlı ədəbiyyatşünaslıq elminin yaradıcılarından olan akademik Feyzulla Qasımzadənin elmi-pedaqoji fəaliyyətindən danışıb, onun böyük bir elmi məktəb yaratdığını söyləyib.
Xalq şairi Sabir Rüstəmxanlı bildirib ki, akademik Feyzulla Qasımzadə Azərbaycan ədəbiyyatı tarixinin, xüsusilə də XIX əsr Azərbaycan ədəbiyyatı tarixinin araşdırılaraq elmi müstəviyə gətirilməsində və təbliğ olunmasında müstəsna xidmətlər göstərib. O, Mirzə Fətəli Axundzadə və digər ədiblərimizin yaradıcılığı ilə bağlı ciddi tədqiqatlar aparıb.
Akademik Feyzulla Qasımzadənin ədəbiyyatşünas alim olmaqla yanaşı, Azərbaycan ədəbiyyatını sistemləşdirərək ali məktəblər üçün dərslik hazırlayan, bütöv bir ədəbiyyatşünas və tənqidçilər nəsli yetişdirən böyük bir pedaqoq olduğunu deyən Sabir Rüstəmxanlı onun gərgin elmi axtarışlarının nəticəsi olan "XIX əsr Azərbaycan ədəbiyyatı tarixi" dərsliyini həmin dövrün ədəbiyyatının öyrənilməsi baxımından əvəzolunmaz elmi mənbə hesab edib.
Daha sonra çıxış edən Milli Məclisin deputatı, Azərbaycanda Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov bildirib ki, Feyzulla Qasımzadə Azərbaycan ədəbi-elmi fikrində ədə¬biy¬¬yat tarixçisi kimi tanı¬nan ilk alim¬lə¬rdən biridir. Azərbaycan ədəbiyyatı ta¬rixinin zəngin və məhsuldar bir mərhələsi olan XIX əsr dövrünün ilk və əsaslı tədqiqi bilavasitə onun adı və fəaliyyəti ilə bağlıdır.
“XIX əsr Azərbaycan ədəbiyyatı tarixini Mirzə Feyzulla Qasımzadəsiz təsəvvür etmək qeyri–mümkündür. Alimin o dövrdə tədqiqatları olmasa idi, XIX əsrşünaslıq ədəbiyyatı da olmazdı”, - deyən akademik Nizami Cəfərov Feyzulla Qasımzadənin türk ədəbiyyatına, Osmanlı ədəbiyyatına, hətta aşıq ədəbiyyatına dərindən bələd olduğunu diqqətə çatdırıb.
Bildirib ki, akademik Feyzulla Qasımzadənin namizədlik dissertasiyası Mirzə Fətəli Axundzadənin həyat və yaradıcılığı barədə olub və o, ədibin yaradıcılığını sistemli şəkildə dərindən araşdırıb.
Akademik Nizami Cəfərov qeyd edib ki, görkəmli alim əsərlərini sovet dövrü ideologiyasının qəbul edə biləcəyi hüdudda qələmə alıb. O, Azərbaycan ədə¬biy¬ya-tının həm tarixi, həm də nəzəri məsələləri ilə məş¬ğul olaraq sonrakı ədəbiyyatşünaslar üçün örnək rolu oynayan fun¬da¬men¬tal əsər¬lərin müəllifidir.
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimli isə çıxışında Feyzulla Qasımzadənin klassik ədəbiyyatşünas alim kimi ədəbiyyat tariximizdə müstəsna və özünəməxsus yer tutduğunu vurğulayıb. Bildirib ki, XIX əsrə aid əlyazmalar üzərində işləyən görkəmli alim həmin dövr Azərbaycan ədəbiyyatının nümayəndələri ilə ünsiyyətdə olmuş şəxslərdən dinlədiyi məlumatlar əsasında ideologiyadan uzaq sanballı əsərlər ortaya çıxarıb.
“Feyzulla Qasımzadənin əsərlərinin tədqiq olunması, böyük tirajla çapı mühüm əhəmiyyətə malikdir”, - deyə bildirən akademik Teymur Kərimli alimin həmin dövrün İran qəzetlərini əldə edərək oradakı məxrəzlərdən isifadə etməsini, eləcə də Türkiyədən hər hansı təzkirəni tək başına əldə etməsini böyük hadisə kimi dəyərləndirib.
Tədbirdə Xalq artisti Oqtay Mirqasımov, professor Himalay Qasımov, fil.e.d. Təyyar Salamoğlu, fil.e.d Yeganə İsmayilova, dos. Sakibə Ələsgərova, dos. Razi Məmmədov və başqaları akademik Feyzulla Qasımzadənin Azərbaycan ədəbiyyatı tarixinin araşdırılmasında və təbliğindəki müstəsna xidmətlərindən danışıblar.
Sonda mərhum alimin qızı, fil.ü.f.d. Nigar Qasımzadə və nəvəsi biol.e.d Tubuxanım Qasımzadə akademik Feyzulla Qasımzadənin xatirəsinə göstərilən ehtirama görə tədbirin təşkilatçıları və iştirakçılarına minnətdarlıqlarını bildiriblər.
Gürcüstanın Baş naziri İlham Əliyevə zəng edib
Özbəkistan prezidenti İlham Əliyevə zəng edib
Pakistan və Azərbaycan XİN başçıları müzakirə apardı
BƏƏ prezidenti İlham Əliyevə zəng edib
Ərdoğan Azərbaycan prezidentinə zəng edib
İran XİN başçısı Ceyhun Bayramova zəng etdi - XİN açıqladı
Azərbaycan və İsrail XİN başçıları telefonda danışıb
Azər Bağırov: "Bəsit qolların buraxılması təəssüf doğurur" - VİDEO
"Bu hadisə suverenliyimizə qəsd və açıq təxribatdır" - İctimai Birlik Naxçıvana hücumu pislədi
Azərbaycan diasporunun rəhbərinə və bir qrup soydaşımıza hökm oxundu - 10 idən 20 ilədək
Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə 100 şəhid ailəsi üçün iftar məclisi təşkil olunub - FOTOLAR
İsrail ordusundan Beyrutdakı əhaliyə - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Naxçıvana uçuşlar müvəqqəti dayandırılıb
Gürcüstan XİN başçısı Ceyhun Bayramova zəng edib
Azərbaycan kuboku: "Kəpəz" məğlub oldu - Zədələnən oyunçunun meydandan çıxarılma anı gündəm oldu (VİDEO)
Universitet və kolleclərə sənəd qəbulunun vaxtı uzadılıb
PREZİDENT TƏHLÜKƏSİZLİK ŞURASINI TOPLADI: "Silahlı Qüvvələrimiz səfərbərlik vəziyyətinə gətirilib" - FOTOLAR
İsraildən İranın Azərbaycana dron hücumu barədə - Açıqlama
"Bu, tamamilə qəbuledilməzdir" - Britaniya səfirindən İranın Azərbaycana hücmuna etiraz gəldi
İran XİN-dən Azərbaycana hücuma reaksiya: "Bu insident barədə sizdən eşidirəm" - VDEO
İran Azərbaycanı niyə hədəfə alır?
YAP: "İranın Naxçıvana hücumu böyük hiddət yaradıb"
İranın Naxçıvana dron hücumu - 4 nəfər xəsarət alıb (Yenilənib)
İran Qətərə hücum edib - Paytaxtda həyəcan siqnalı verilib
Özbəkistan XİN başçısı Ceyhun Bayramova zəng etdi - İranın Naxçıvana hücumu ilə bağlı
"Bu hücum aktları cavabsız qalmayacaq" - Azərbaycan Müdafiə Nazirliyi Naxçıvana hücumla bağlı sərt bəyanat yaydı
TÜRKİYƏNİN "DRON SÜRÜSÜ"NÜN BEYNİNİ QARIŞDIRAN YENİ SİLAHI: "Qoy, bu, bizdə gizli qalsın!" - FOTOLAR
Prezident İlham Əliyev "İnvestisiya fəaliyyəti haqqında" qanunu təsdiqlədi - Dəyişiklik
Naxçıvanda məktəblərdə tədris dayandırıldı - İranın hücumuna görə
RƏSMİ BAKIDAN İRANA DRON HÜCUMUYLA BAĞLI XƏBƏRDARLIQ: səfir XİN-ə çağırıldı, "Cavab hüququmuzu saxlayırıq" mesajı verildi
Sabahın hava proqnozu açıqlandı
Baş prokuror Sabunçuda vətəndaşları qəul edəcək - Bu tarixdə
NAXÇIVANA DRON HÜCUMU - İran nə etmək istəyir? + VİDEO
Gəncədə türkiyəli iş adamı evdə ölü tapılıb
Vergi sistemində yeni idarəetmə modeli tətbiq olunacaq
Rəsmi Tehran vurulan gəmiyə görə ABŞ-ı hədələdi: "Unutma, çox ağır şəkildə peşman olacaqsız"
Əməkdar artistə yeni vəzifə verildi