Daxili işlər orqanlarında yeni təyinatlar olub

img

18-12-2023 [15:31]


Daxili işlər orqanlarında yeni təyinatlar olub.

Məlumata görə, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun imzaladığı əmrlə Xəzər RPİ-nin 2-ci Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Mirbağır Bağırov vəzifədən azad edilib.

O, digər əmrlə Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsinin rəisi təyin edilib.

Bundan başqa, 4-cü Polis Şöbəsinin rəisi polis mayoru Natiq Teymurov da 2-ci Polis Şöbəsinə rəis göndərilib(Qafqazinfo).


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA