Telekanallara xəbərdarlıq edilib - Reklama görə

img

18-12-2023 [13:44]


Ttelekanallara xəbərdarlıq olunub.

Mia.az xəbər verir ki, bu barədə Audiovizual Şura məlumat yayıb.

Bildirilib ki, Şura tərəfindən ümumölkə yerüstü televiziya yayımçılarının proqramlarının mütəmadi, digər yayımçıların proqramlarının isə şikayət əsasında monitorinqləri aparılır.

Cari il ərzində aparılmış monitorinqlər nəticəsində Şura ilin müxtəlif vaxtlarında "Media haqqında" qanunun pozulmasına görə, “MTV”,“Xəzər TV”, “ARB”, “ATV”  "Space TV” telekanalına xəbərdarlıq edib: "Reklam haqqında" qanunun pozulmasına görə isə “Xəzər TV”, “ARB”, “ATV” və “Dünya TV” kanalına xəbərdarlıq edilib. Həmçinin il ərzində bu qanunun pozulması səbəbindən bütün televiziya yayımçılarına 2 dəfə xəbərdarlıq edilib. Eyni zamanda bildiririk ki, müxtəlif televiziya redaksiyalarına qarşı qanunvericiliyin tələblərinə əməl olunmamasına görə Şuranın müvafiq qərarları ilə yayımın dayandırılması sanksiyaları da tətbiq olunmuşdur”.


Digər xəbərlər
SON XƏBƏRLƏR