General-mayor şərti azadlığa buraxılmadı - Məhkəmə prosesi

img

18-12-2023 [10:10]


Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyevin vaxtından əvvəl şərti azadlığa buraxılması ilə bağlı ərizəsinə baxılıb.

Xəzər rayon Məhkəməsində hakim Ramilə Xəzrinin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, Elçin Quliyevin vaxtında əvvəl şərti azadlığa buraxılması ilə bağlı ərizəsi təmin edilməyib.

Qeyd edək ki, Elçin Quliyev 2015-ci ildə həbs edilib. Bakı Hərbi Məhkəməsinin hökmü ilə general 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə onun rütbədən məhrum edilməsi barədə ölkə Prezidentinə təqdimat göndərilməsi haqqında qərar qəbul edib.

Elçin Quliyevə qarşı Dövlət Təhlükəsizliyi Xidmətinin 7 milyon manatlıq mülki iddiası təmin olunub. Təqsirləndirilən şəxsin üzərinə həbs qoyulmuş mülklərinin müsadirə olunması barədə də qərar qəbul edilib/ APA


Digər xəbərlər
SON XƏBƏRLƏR