Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
17-12-2023 [00:02]
Qoç - işinizi optimallaşdırmağın yollarını düşünün. Gündəlik fəaliyyətinizdə, adət etdiyiniz işlərdə nöqsanlar və çatışmazlıqlar var. Layihələr, yeni sifarişlər varsa, tələsməyin. Vurnuxmaya yol verməyin.
Günün ikinci yarısında yad müstəvidə uğurlar qazanmağa çalışacaqsınız. Danışıqlar və görüş üçün münasib zamandır. Şəxsi münasibətlərdə müvazinəti pozmayın. Qısqanclıq üçün heç bir səbəb yoxdur. Maliyyə problemi sizi qorxutmasın. Axşam saatlarında normal istirahət etməyə can atın.
Buğa - prioritet məqsədi müəyyənləşdirin, ona doğru irəliləməyə çalışın. Ofisdəki iş cansıxıcı olsa da, tapşırıqları vaxtında və səhih yerinə yetirin. Təcili işlərdə ləng davranmayın. Yaxın ətrafınızdakı insanlar arasında sizə yardım edəcək insan var.
Günün ikinci yarısında mövqelərinizi qorumaqla yanaşı, ailənizin mənafeyini ani hissə qurban verməyin. Yaxşı tanımadığınız insanlarla aqressiv davranmayın. Eviniz qalanızdır - unutmayın. İzafi emosionallıqda zərər var.
Əkizlər - kiçik problemlər ciddi neqativ emosiyalar yarada bilər. Sadəcə, öhdəliklərinizi yerinə yetirin. Sizi sınağa çəkmək istəyənlər var. Günün olaylarını diqqətlə müşahidə edin.
Günün ikinci yarısında işdə rəhbərliklə danışıqlarda gərəkli informasiyalardan yararlanın. İstənilən an yeni işə hazır olun.
Axşam saatlarına yaxın enerji potensialınızın səviyyəsi aşağı düşəcək. Romantik təmasları ertələyin. Sevdiyiniz insanla ünsiyyətdə qarşılıqlı anlaşma ilə bağlı problemlər yarana bilər.
Xərçəng - problemlərin öhdəsindən qeyri-trivial şəkildə gələ bilərsiniz. İntuisiyanıza, "altıncı hiss"inizə güvənin. Aktiv fəaliyyəti təxirə salaraq bir qədər dincəlmək və ya maraqlandığınız işlə məşğul olmaq istəkləriniz yersizdir. Dəyər verdiyiniz insanları günün ikinci yarısında sevindirməyə çalışın. Ailə üzvlərinin irad və tələblərini nəzərə alın. Sevdiyiniz adamın sözlərinə diqqətlə qulaq asın.
Şir - yaşam sakit və rəvan olsa da, temperamentinizi nümayiş etdirməyə səbəb tapacaqsınız. Situasiyadan asılı olmayaraq təmkinli davranın. Yaxın ətrafınızdakı insanların istəklərini nəzərə alın.
Günün ikinci yarısında kimlərsə dediklərinizi nəzərə almırsa, aqressivləşməyin. Hadisələrin soyuqqanlı təhlili bir sıra səhvlərin qarşısını alar. Dəyər verdiyiniz insanların qəlbini qırmayın. İfrat emosionallıq, hisslərin nəzarətdən çıxması münasibətləri korlaya bilər. Maraqlandığınız insanla romantik anlar yaşamağa can atın.
Qız - yaxın ətrafınızdakı insanların qərarlarınıza kobud təsirinə və müdaxiləsinə imkan verməyin. Adi, yeknəsək yaşamı dəyişmək istəyi yaranıbsa, qətiyyətli olun. Qarşınıza qoyduğunuz məqsədlərə çatmağa çalışın.
Günün ikinci yarısında mənasız riskə yol verməyin. Fəsadları ağır olacaq səhvlərə yol verməmək üçün enerjinizi yaradıcı istiqamətə yönəldin.
Dəyişikliklər istəyi sizi axşam saatlarında düşünülməmiş addımlar atmağa vadar edə bilər. Orijinal görünmək üçün absurd görünməyin. Hisslərinizin köləsinə dönməyin, amma soyuqqanlılığı absolyuta da yüksəltməyin.
Tərəzi - yaranmış situasiyanı, sadəcə, inad və ya əzmlə dəyişmək mümkün deyil. Buna rəğmən, ruhdan düşməyin. Saatlar keçdikcə müsbət təmayüllərin təsiri artacaq. Maliyyə məsələlərində risk etməyin. Xərclərinizə nəzarət edin.
Günün ikinci yarısında ailə həyatında və ya sevdiyiniz insanlarla təmaslarda mürəkkəb anlar, sərinləşmələr yarana bilər. Yaxınlarınız sizi anlamağa çalışırlar. Amma situasiya mürəkkəb olduğundan mübahisələrə başlamayın, mənfi emosiyalarınızı izhar etməyin. Axşam saatlarını sakit şəraitdə keçirin.
Əqrəb - aktiv olun, yaşam proseslərinə nəzarət rıçaqlarını əldən verməmək üçün fəal çalışın. Səlahiyyətlərinizi başqasına həvalə etməyin. İşdən imtina etsəniz, itkilər qazancdan daha çox olacaq. Əməyinizin bəhrəsini mənimsəmək və ya öz adına çıxarmaq istəyənlər tapılacaq.
Günün ikinci yarısında dostlardan birinə təcili kömək gərəkdir. Tələsin, vaxt itirməyin.
Yaxınlarınızla təmaslarda impulsiv davranmayın. Əhval dəyişiklikləri və emosiyalarınız davranışınızın imperativinə çevrilməməlidir. Axşam saatlarında enerji potensialınızın səviyyəsi aşağı düşəcək. Yuxusuzluq istisna deyil.
Oxatan - enerjili və fəal davranaraq məqsədə çatmaq üçün bütün vasitələri sınayın. Emosional yenilənməyə zərurət var. Belə anlarda dəyişikliklər yanğısı ilə çılğınlıqdan qurtulmaq gərəkdir. Yeniliklər və islahatlar nədənsə vaz keçməyi tələb edir. Usanmayın. Yeni imkanlar qurbansız olmur.
Dəyər verdiyiniz insanla münasibətləri günün ikinci yarısında təftiş edin. Aparılan yox, aparan olun. Yeni təcrübədən yararlanmaq pis deyil. Tanışlıqda önəmli insanı itirməyin.
Oğlaq - təmaslarda ehtiyatlı, ünsiyyətdə səlis olun. Düşünülməmiş deyilən söz opponenti rəqibə çevirə bilər. Özünüzə nəzarət edin. İşgüzar əlaqələr və biznesi təhlükəyə atmayın.
Kredit götürmək, borc almaq məsləhət deyil. Günün ikinci yarısında illüziyalara qapılmayın. Arzularınız və istəkləriniz hər şeydən mühüm nəsnələr deyil. Ailə üzvləri ilə təmaslarda qayğıkeş, səmimi olun.
Səhhətinizə fikir verin. Ümumi halsızlıq, mədə ağrıları, ürəkbulanma istisna deyil. Zökəmə yoluxa da bilərsiniz.
Dolça - qəti qərar verərək sözdən işə keçməzdən əvvəl ən optimal və mümkün qədər effektiv yol tutduğunuza əmin olun. Mübahisə də ola bilər. Fikirləri ilə mövqeləri sizdən tam fərqlənən insanla mükalimədə haqlı olduğunuzu hər vəchlə sübut etməyə can atmayın.
Günün ikinci yarısında maraqlar münaqişəsi və ya toqquşmalar təmasları korlaya bilər. Axşam saatlarına romantik görüş və ya təmaslar planlaşdırmayın. Əhvalınız pisləşərsə, yuxusuzluq qaçılmazdır.
Balıqlar - uzun müddətdən bəri hazırladığınız planı mükəmməl etməyə çalışın. Problemlərin özbaşına, avtomatik həllini tapacağını ağlınıza belə, gətirməyin. İdeyalarınızı reallaşdırmaq üçün etibar etdiyiniz insanların yardımlarına ehtiyacınız var.
Günün ikinci yarısında peşəkarlarla çalışın. Ailə həyatında hər şey normaldır. Yaxınlarınıza yardım edin, məsləhətlərinizi əsirgəməyin. Axşam saatları xoş görüşlər, yaxşı tanışlıqlar vəd edir.
Milli.Az
Gürcüstanın Baş naziri İlham Əliyevə zəng edib
Özbəkistan prezidenti İlham Əliyevə zəng edib
Pakistan və Azərbaycan XİN başçıları müzakirə apardı
BƏƏ prezidenti İlham Əliyevə zəng edib
Ərdoğan Azərbaycan prezidentinə zəng edib
İran XİN başçısı Ceyhun Bayramova zəng etdi - XİN açıqladı
Azərbaycan və İsrail XİN başçıları telefonda danışıb
Azər Bağırov: "Bəsit qolların buraxılması təəssüf doğurur" - VİDEO
"Bu hadisə suverenliyimizə qəsd və açıq təxribatdır" - İctimai Birlik Naxçıvana hücumu pislədi
Azərbaycan diasporunun rəhbərinə və bir qrup soydaşımıza hökm oxundu - 10 idən 20 ilədək
Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə 100 şəhid ailəsi üçün iftar məclisi təşkil olunub - FOTOLAR
İsrail ordusundan Beyrutdakı əhaliyə - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Naxçıvana uçuşlar müvəqqəti dayandırılıb
Gürcüstan XİN başçısı Ceyhun Bayramova zəng edib
Azərbaycan kuboku: "Kəpəz" məğlub oldu - Zədələnən oyunçunun meydandan çıxarılma anı gündəm oldu (VİDEO)
Universitet və kolleclərə sənəd qəbulunun vaxtı uzadılıb
PREZİDENT TƏHLÜKƏSİZLİK ŞURASINI TOPLADI: "Silahlı Qüvvələrimiz səfərbərlik vəziyyətinə gətirilib" - FOTOLAR
İsraildən İranın Azərbaycana dron hücumu barədə - Açıqlama
"Bu, tamamilə qəbuledilməzdir" - Britaniya səfirindən İranın Azərbaycana hücmuna etiraz gəldi
İran XİN-dən Azərbaycana hücuma reaksiya: "Bu insident barədə sizdən eşidirəm" - VDEO
İran Azərbaycanı niyə hədəfə alır?
YAP: "İranın Naxçıvana hücumu böyük hiddət yaradıb"
İranın Naxçıvana dron hücumu - 4 nəfər xəsarət alıb (Yenilənib)
İran Qətərə hücum edib - Paytaxtda həyəcan siqnalı verilib
Özbəkistan XİN başçısı Ceyhun Bayramova zəng etdi - İranın Naxçıvana hücumu ilə bağlı
"Bu hücum aktları cavabsız qalmayacaq" - Azərbaycan Müdafiə Nazirliyi Naxçıvana hücumla bağlı sərt bəyanat yaydı
TÜRKİYƏNİN "DRON SÜRÜSÜ"NÜN BEYNİNİ QARIŞDIRAN YENİ SİLAHI: "Qoy, bu, bizdə gizli qalsın!" - FOTOLAR
Prezident İlham Əliyev "İnvestisiya fəaliyyəti haqqında" qanunu təsdiqlədi - Dəyişiklik
Naxçıvanda məktəblərdə tədris dayandırıldı - İranın hücumuna görə
RƏSMİ BAKIDAN İRANA DRON HÜCUMUYLA BAĞLI XƏBƏRDARLIQ: səfir XİN-ə çağırıldı, "Cavab hüququmuzu saxlayırıq" mesajı verildi
Sabahın hava proqnozu açıqlandı
Baş prokuror Sabunçuda vətəndaşları qəul edəcək - Bu tarixdə
NAXÇIVANA DRON HÜCUMU - İran nə etmək istəyir? + VİDEO
Gəncədə türkiyəli iş adamı evdə ölü tapılıb
Vergi sistemində yeni idarəetmə modeli tətbiq olunacaq
Rəsmi Tehran vurulan gəmiyə görə ABŞ-ı hədələdi: "Unutma, çox ağır şəkildə peşman olacaqsız"
Əməkdar artistə yeni vəzifə verildi