Sosial şəbəkələrdə pirotexniki vasitələr satan şəxslər saxlanılıb

img

15-12-2023 [15:14]


Sosial şəbəkələrdə pirotexniki vasitələr satan iki nəfər saxlanılıb.

Mia.az Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə istinadla xəbər verir ki, onlardan ümumilikdə 1246 ədəd yüksək səs effekləri ilə təchiz olunan müxtəlif növ pirotexniki vasitələr aşkar edilib.

Araşdırmalar davam etdirilir.

Bir daha vətəndaşların diqqətinə çatdırırıq ki, tezalışan maddələr və pirotexniki vasitələr insanların sağlamlığı ilə yanaşı ətraf mühitə qarşı da ciddi təhlükədir. Bu vasitələr insanda ağır göz yaralanmalarına, qalıcı eşitmə qüsurlarına və müxtəlif dərəcəli yanıqlara yol aça bilər.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq