Polis “sxodka”ya basqın etdi: “Qanuni oğru”lar tutuldu

img

12-06-2014 [23:47]


Moskvada "qanuni oğru” saxlanıldı Rusiya Daxili İşlər Nazirliyinin (DİN) Baş Cinayət Axtarış İdarəsinin əməkdaşları "qanuni oğru” Mamuka Qalskini tutublar. AzNews.az-ın Rusiya KİV-nə istinadən xəbər verir ki, əməliyyat zamanı Mamuka ilə yanaşı daha 5 kriminal lider də saxlanılıb. Əməliyyat keçirilən zaman cinayətkarlar paytaxtın qərbində restoranların birində olublar. Polisin müdaxiləsi ilə onların "sxodka”sının qarşısının alındığı bildirilir.

Əməliyyat məlumatına əsasən "sxodka” zamanı kriminal liderlər hakimiyyətlərinin əhatə dairəsinin hüdudlarını müəyyən etmək və cinayətlə əldə edilən pulları bölüşdürmək məsələlərini müzakirə etməli idilər. Rusiya DİN-nin məlumatında bildirilib ki, 43 yaşlı Gürcüstan vətəndaşı Mamuka Çkadua kriminal aləmdə "Mamuka Qalskiy” adı ilə məşhurdur. Saxlanılma zamanı onun üzərində saxta pasport olub. O, Rusiya Federasiyası ərazisində ağır və xüsusilə ağır cinayətlər törətməkdə şübhəli bilinir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA