"Cəsarət Valehovla bağlı hər hansı bir vəzifə təyinatı olmayıb" - Növbə Bəşarət Məmmədovundur

img

15-12-2023 [10:29]


Bəzi saytlarda Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun keçmiş müdiri Cəsarət Valehovun Təhsil İnstitutuna direktor müavini təyin olunması barədə xəbər yayılıb.

Mia.az bu barədə  Elm və Təhsil Nazirliyi ilə əlaqə yaradıb.

Mia.az-a verilən məlumata görə, yayılan bu xəbər tamamilə yalandır: "Cəsarət Valehovla bağlı hər hansı bir vəzifə təyinatı olmayıb. Əksinə, mümkündür ki, onun həmin institutda işləyən həyat yoldaşı da vəzifəsindən azad olunsun...".

Saytımıza verilən məlumata görə, yaxın həftələrdə Bakı Təhsil İdarəsinin bazasında da yeni qurum yaradılacaq: "Oranın mətbuat katibi Bəşarət Məmmədov da bu islahat zamanı yola salınacaq".

Xatırladaq ki, B.Məmmədovun o vaxt mətbuat katibi təyinatı barədə xoş olmayan məlumatlar var. Hazırda həmin məlumatları dəqiqləşdiririk. 

Samir Musayev

Mia.az 

 


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:54 30.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA