Prokurorluqda çəkilən fotolar vəkilin başına bəla oldu - Araşdırma başlayıb (FOTOLAR)

img

14-12-2023 [13:10]


"İnstagram"da minlərlə izləyicisi olan İstanbul Vəkillər Kollegiyasına bağlı vəkil Buket Nurşah Tekışıkin sosial şəbəkədə Çağlayan Ədliyyəsində prokurorun otağından paylaşdığı yeni fotoları böyük müzakirələrə səbəb olub.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, onun prokurorun otağında çəkdirdiyi "səmimi fotolar" və bu fotoların "Mən əsla uduzmaram, ən pis halda öyərənərəm" mesajla paylaşılması ortaya şübhəli məqamlar çıxarıb.

Türkiyə mətbuatı və hüquq dairələri vəkillə prokurorun arasında "isti müansibətlər"in olub-olmamasının araşdırılmasını tələb etməyə başlayıb.

Məlumata görə, bu tələb üzrə artıq vəkil Buket Tekışık barəsində istintaq başladılıb.

Vəkil isə irad və iddialarla razılaşmayıb. O, şəkilinin bir vəkil dostu tərəfindən, özü də prokurorun otaqda olmadığı vaxtı çəkildiyini deyib: "Mən İstanbulda tək yaşayan, tək ayaqda qalmağa çalışan bir qadınam. Çəkilən şəkil də xatirə şəklidir. Bir vəkil dostum çəkib. O zaman prokuror otaqda olmayıb, otaq boş olub yəni. Həmin şəklin altında paylaşdığım sitat da bir kitabdan götürülüb. istəyən google-də axtarış verib hıəmin sözü də tapa bilər".

Daha sonra “Mənim heç bir hakim və ya prokurorla əlaqəm yoxdur” deyən vəkilin sözlərinə görə, o da hamı kimi sosial mediadan aktiv istifadə edir: "Paylaşılan fotolarda da nə hakimin, nə də prokurorun adı, görüntüsü var. Mənim hakimlərlə, prokurorlarla heç bir gizli və ya şəxsi əlaqəm yoxdur. Anlamıram, vəkil prokurorluğa və ya prokurorun otağına girə bilməz ki? Prokurorluğa istədiyim kimi girə bilərəm, istədiyim kimi çıxa bilərəm. Oradan paylaşılan fotodan yla çıxaraq yozmaçılıqla məşğul olmağa nə gəərk var axı? Bunu aydınlaşdırmaq beləmi çətindir ki?".

Ləman

MİA.AZ

img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR