Füzuli rayonuna daha 846 ailənin köçürülməsi planlaşdırılır

img

14-12-2023 [12:17]


Yaxın aylarda Füzuli rayonuna daha 846 ailənin köçürülməsi planlaşdırılır.

Bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa istisna olmaqla) Prezidentin xüsusi nümayəndəliyinin məsləhətçisi Faiq Hacıyev Ağdam şəhərində keçirilən “İşğaldan azad olunmuş ərazilərdə turizmin bərpası və inkişafı” mövzusunda elmi-praktiki konfransda bildirib.

O qeyd edib ki, indiyə qədər Füzuli şəhərinə 358 ailə, Tərtər rayonunun Talış kəndinə 20 ailə köçürülüb.

"İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair dövlət proqramına əsasən geniş miqyaslı bərpa və quruculuq işləri aparılır", - deyə F.Hacıyev vurğulayıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:54 30.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA