Bərdədə polis əməliyyatı: kənd sakini tutulub

img

13-12-2023 [23:18]


Bərdə Rayon Polis Şöbəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən narkotiklərlə mübarizə istiqamətində keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Qarayusifli kənd sakini İsrəfilov Seymur Allahverən oğlu saxlanılıb, həmin şəxsin yaşadığı evə baxış zamanı 3 kiloqrama yaxın narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunub.

Mia.az DİN-in Mətbuat xidmətinə istinadla xəbər verir ki, həmin şəxsin əlaqəsində olan şəxslərin müəyyən olunması istiqamətində Bərdə RPŞ araşdırma aparılır.

Bərdə RPŞ-nin əməkdaşları tərəfindən narkotiklərlə mübarizə istiqamətində tədbirlər davam etdirilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR