"Əfv adətən dekabrda yox, martda olur" - Əliməmməd Nuriyev
13-12-2023 [11:57]
Qarşıdan 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il gəlir.
Mia.az xəbər verir ki, digər əlamətdar günlərdə olduğu kimi müxtəlif illərdə bu tarixlə bağlı da dövlət başçısı əfv sərəncamları imzalayıb. Ənənə halını alan bu addımlar nəticəsində minlərlə məhbus azadlığa buraxılıb, yaxud cəzası azaldılıb.
Maraqlıdır, bu bayramda əfv sərəncamı olacaq?
31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində əfv qərarının olub-olmayacağı barədə jurnalistlərin sualını cavablandıran millət vəkili Zahid Oruc bildirib ki, Zəfər seçkilərinin təqvimi artıq başlayıb. İki ay ərzində dövlətin, hakimiyyət orqanlarının, cəmiyyətin üzərinə düşən müəyyən işlər var ki, bunlar artıq ortadadır, bəllidir: "Amnistiya və əfv qərarlarına bağlı statistikanı səsləndirmək istəyirəm. 69 əfv sərəncamı ilə 9 minə yaxın insan azadlığına qovuşub. Dövlət həmin məhkum edilmiş şəxsləri bağışlayır. Bu, “Siz də bağışlayın” devizinin cəmiyyətə verilməsidir. Bu proses 1998-ci ildən davam edir, bəzən ildə iki dəfə həyata keçirilir. 11 amnistiya qərarı ilə on minlərlə insan azadlığına qovuşub və bu, cəza sisteminin özünü humanistləşdirməsi üçün də önəmli rol oynayıb. Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində belə bir addımın atılıb-atılmayacağına gəlincə, əlbəttə ki, bu, dövlətin qərar verəcəyi bir məsələdir. Əfv Məsələləri Komissiyası bunun üzərində addım ata bilər. Lakin bu barədə komissiya üzvü kimi ayrıca fikir söyləmək subyektiv olar. Bu məsuliyyəti üzərimə götürmək doğru deyil. Onu deyə bilərəm ki, bu ilin əvvəlində 800-dən çox şəxsimiz üçün Əfv Məsələləri Komissiyası dörd ay ərzində böyük işlər həyata keçirib. Burada işlər azad, şəffaf, aydın aparılıb”.
Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev isə “Sherg.az"a açıqlamasında deyib ki, əfv adətən dekabrda yox, martda olur. Prezidenti yanında Əfv Məsələləri Komissiyası da işinə yanvarda başladığı üçün ilin sonu əfv sərəncamınını olacağını ehtimal etmirəm:
“Əfv Azərbaycan Prezidentinin konstitusion hüququdur. Onun nə zaman verilməsi birbaşa ölkə başçısı tərəfindən müəyyən edilir. Amma əfv sərəncamlarının tarixinə nəzər yetirsək, ildə bir dəfə imzalandığını görərik. Müstəsna hallarda bir il ərzində iki dəfə əfv sərəncamı imzalanıb. Onlar da çox az məhkumlara şamil edilib. Ona görə, 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində növbəti əfv olacağını düşünmürəm. Bu istiqamətdə hər hansı bir iş aparılmayıb və gözlənilmir. Xatırlaıdm ki, sonuncu əfv sərəncamı ötən il mayın 27-də olub və sərəncama əsasən, 801 nəfər məhkum əfv edilib. Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı imzalanan bu qərar Azərbaycanın tarixində ən böyük əfv sərəncamı idi. Prezident İlham Əliyev əfv sərəncamı imzalamaqla əfv olunan şəxsləri, onların ailələrini, yaxınlarını, bir sözlə, yüzlərlə ailəni növbəti dəfə sevindirib.
Ona görə də belə qısa müddət ərzində yenidən əfv sərəncamının imzalanmasını güman etmirəm. Əgər belə bir ehtimal olsaydı, Əfv Komissiyası toplaşar, iclaslar keçirilərdi. Amma hazırda komissiyanın iclası keçirilmir”.
MİA.AZ
İraq Baş naziri: "Hərbi həll yolları qəbuledilməzdir"
Gürcüstanın Baş naziri İlham Əliyevə zəng edib
Özbəkistan prezidenti İlham Əliyevə zəng edib
Pakistan və Azərbaycan XİN başçıları müzakirə apardı
BƏƏ prezidenti İlham Əliyevə zəng edib
Ərdoğan Azərbaycan prezidentinə zəng edib
İran XİN başçısı Ceyhun Bayramova zəng etdi - XİN açıqladı
Azərbaycan və İsrail XİN başçıları telefonda danışıb
Azər Bağırov: "Bəsit qolların buraxılması təəssüf doğurur" - VİDEO
"Bu hadisə suverenliyimizə qəsd və açıq təxribatdır" - İctimai Birlik Naxçıvana hücumu pislədi
Azərbaycan diasporunun rəhbərinə və bir qrup soydaşımıza hökm oxundu - 10 idən 20 ilədək
Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə 100 şəhid ailəsi üçün iftar məclisi təşkil olunub - FOTOLAR
İsrail ordusundan Beyrutdakı əhaliyə - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Naxçıvana uçuşlar müvəqqəti dayandırılıb
Gürcüstan XİN başçısı Ceyhun Bayramova zəng edib
Azərbaycan kuboku: "Kəpəz" məğlub oldu - Zədələnən oyunçunun meydandan çıxarılma anı gündəm oldu (VİDEO)
Universitet və kolleclərə sənəd qəbulunun vaxtı uzadılıb
PREZİDENT TƏHLÜKƏSİZLİK ŞURASINI TOPLADI: "Silahlı Qüvvələrimiz səfərbərlik vəziyyətinə gətirilib" - FOTOLAR
İsraildən İranın Azərbaycana dron hücumu barədə - Açıqlama
"Bu, tamamilə qəbuledilməzdir" - Britaniya səfirindən İranın Azərbaycana hücmuna etiraz gəldi
İran XİN-dən Azərbaycana hücuma reaksiya: "Bu insident barədə sizdən eşidirəm" - VDEO
İran Azərbaycanı niyə hədəfə alır?
YAP: "İranın Naxçıvana hücumu böyük hiddət yaradıb"
İranın Naxçıvana dron hücumu - 4 nəfər xəsarət alıb (Yenilənib)
İran Qətərə hücum edib - Paytaxtda həyəcan siqnalı verilib
Özbəkistan XİN başçısı Ceyhun Bayramova zəng etdi - İranın Naxçıvana hücumu ilə bağlı
"Bu hücum aktları cavabsız qalmayacaq" - Azərbaycan Müdafiə Nazirliyi Naxçıvana hücumla bağlı sərt bəyanat yaydı
TÜRKİYƏNİN "DRON SÜRÜSÜ"NÜN BEYNİNİ QARIŞDIRAN YENİ SİLAHI: "Qoy, bu, bizdə gizli qalsın!" - FOTOLAR
Prezident İlham Əliyev "İnvestisiya fəaliyyəti haqqında" qanunu təsdiqlədi - Dəyişiklik
Naxçıvanda məktəblərdə tədris dayandırıldı - İranın hücumuna görə
RƏSMİ BAKIDAN İRANA DRON HÜCUMUYLA BAĞLI XƏBƏRDARLIQ: səfir XİN-ə çağırıldı, "Cavab hüququmuzu saxlayırıq" mesajı verildi
Sabahın hava proqnozu açıqlandı
Baş prokuror Sabunçuda vətəndaşları qəul edəcək - Bu tarixdə
NAXÇIVANA DRON HÜCUMU - İran nə etmək istəyir? + VİDEO
Gəncədə türkiyəli iş adamı evdə ölü tapılıb
Vergi sistemində yeni idarəetmə modeli tətbiq olunacaq
Rəsmi Tehran vurulan gəmiyə görə ABŞ-ı hədələdi: "Unutma, çox ağır şəkildə peşman olacaqsız"
Əməkdar artistə yeni vəzifə verildi