Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
13-12-2023 [00:01]
Qoç - günün ilk yarısında səyahət, səfər və ya alış-veriş fikrini unudun. Bədxərclik etməyin. Maliyyə məsələləri və perspektivlər müzakirə olunarkən hər sözə inanmayın. Borc almayın və borc verməyin. Verilən pulun qaytarılma ehtimalı azdır. Kirayədə yaşayırsınızsa, günün ikinci yarısında ev sahibi ilə söhbət qaçılmaz olacaq.
Axşam saatlarına yaxın fiziki və mənəvi durumunuz ailənizdəki vəziyyətə birbaşa təsir edəcək. Ailə üzvlərinə nəyisə sübut etməyə çalışmaq fikrinə düşəndə, sadəcə, susun.
Buğa - qəfil situasiyalar yaranacaq. İnandığınız, etibar etdiyiniz insan əsla gözləmədiyiniz hərəkəti edə bilər. Onun davranışını yaxşı tanımadığınız insanlarla müzakirə etməyin. Ola bilər ki, belə davranışın gerçək səbəblərini bilmirsiniz.
Günün ikinci yarısında ailədə problemlər yaranacaq. Gərginlikdən çıxış yolları arayın. Problemlərin səbəbindən hali olun. Axşam saatlarını ailə üzvləri ilə keçirin.
Əkizlər - günün ilk yarısında görəcəyiniz işləri əvvəlcədən planlaşdırın. Nizamlı fəaliyyət yaxşı nəticələrə nail olmağınızın rəhnidir. Diqqətsizlik və unutqanlıq ciddi problemlər yarada bilər. Alış-verişdə bədxərclik etməyin. Gərəkdiyindən artıq mal almayın.
Günün ikinci yarısında seçim zamanıdır, zərurətin və izafiliyin arasında fərq qoya bilin.
Axşam saatlarında sevdiyiniz insana hədiyyə etməyə çalışın. Səbəb kiçik olsa da, bunu unutmayın. Axşam saatlarında səs-küylü məclisə qatılmağınız sizi yora bilər. Apatiyaya qapılmayın.
Xərçəng - günün ilk yarısında yaxşı görünməyə çalışın. Kiminsə paxıllığına səbəb olacağınızı düşünməyin. Sadəlövh olmayın. Sizdən nə isə uman insanların toruna düşməyin, felinə aldanmayın. Münaqişələrə qatılmayın, sərt tənqidləri də ürəyinizə salmayın.
Günün ikinci yarısında yaxınlarınızla ünsiyyət sizə müsbət emosiyalar bəxş edəcək. Mənasız məsələlərə görə mübahisə etməyin. Sevdiyiniz insana qısqanclıq üçün rəvac verməyin. Uzunmüddətli münasibətlər qurmaq istədiyiniz insanla axşam saatlarında qarşılaşa bilərsiniz.
Şir - parlaq fərdiyyətçilik bu gün problemlər yarada bilər. Başqasının intriqasının sövqi-təbii iştirakçısına dönməyin. Sizdən vasitə və ya informasiya əldə etmək üçün istifadə edə bilərlər. Kimlərinsə maliyyə məsələrinizlə maraqlanması sizdə şübhə yaratmalıdır. Fırıldaqçı opponentinizi ifşa etməyə çalışın.
Günün ikinci yarısında itkilərə məruz qlamamaq üçün inanılmış insanın yardım və ya dəstəyindən istifadə edin. Axşam saatlarında yeni tanışlıq ola bilər. Qüvvənizi bərpa etmək üçün sakit istirahəti seçin.
Qız - günün ilk yarısında ünsiyyət fayda və müsbət emosiyalar vəd edir. Əlaqələri möhkəmləndirin. Birgə iş və ya ümumi maraqlar irəliləyişə səbəb ola bilər. Biliklərinizi, bacarıqlarınızı artırın. İntellektinizi nümayiş etdirin.
Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlar dediklərinizə qulaq asacaq, arqumentlərinizi qəbul edəcəklər.
Axşam saatlarında sevdiyiniz insanlarla münasibətlərdə romantikanı artırın. Yaxınlarınız, dostlarınızla təmasları intensivləşdirin. Ekstravaqant addım ataraq diqqət cəlb etməyə çalışmayın.
Tərəzi - günün ilk yarısında hadisələrin axarında dəyişikliklər olacaq. Ciddi işə, ağır problemlərin həllinə hazırlaşın. Yaşamınızda nəyisə dəyişməyin vaxtı çatıb. Fəaliyyət sahəsində yeniliklər etmək, karyera inkişafının yeni yolları barədə düşünməyə dəyər.
Günün ikinci yarısında unutmayın ki, qətiyyətli və təkidli səylər uğurun təminatıdır. Başqasının təcrübəsindən yararlanın. Tanıdığınız insanların analoji situasiyadakı davranışlarından nəticə çıxarın.
Ailə üzvlərindən biri ciddi problemlə qarşılaşıb. Nəyin dürüst olmadığını anlamaq üçün səmimi söhbətə zərurət yaranıb. Səhhətinizə fikir verin.
Əqrəb - günün ilk yarısı yaxşı xəbər, xoş sürpriz vəd edir. Maddi durumunuzu yaxşılaşdırmaq şansları yaranıb. İrəliləyin, qəfil məlumatdan bəhrələnərək yeni təcrübəyə yiyələnin. Ağır zəhmət tələb edən işlər belə, sizi yormayacaq.
Günün ikinci yarısı yaxınlarınızla ünsiyyət üçün yaxşı zamandır. Sevdiyiniz insanla münasibətləri səmimiyyət, qayğıkeşlik sayəsində daha da möhkəmləndirə bilərsiniz. Axşam saatlarına yaxın enerji potensialının səviyyəsi aşağı düşəcək. Normal istirahət etməyə çalışın.
Oxatan - heç düşünmədiyiniz halda maraqlı və dəyərli məlumat əldə edə bilərsiniz. Asan olmayan məqsədə çatmaq üçün bütün imkanların işə salınması tələb olunur. Ən kiçik səhvdən və ya maneədən sonra bədbinliyə qapılmayın.
Günün ikinci yarısında müsbət təmayüllərin təsiri artacaq. Çətin anlarda bel bağlaya biləcəyiniz insanların dəstəyindən boyun qaçırmayın.
Yaxınlarınızla münaqişəli vəziyyətlər yaratmayın. Sevdiyiniz insanla mübahisə etməyin. Fikrinizi nəyin bahasına olursa-olsun absolyut səviyyəsinə yüksəltməyə can atmayın. Ən səbatlı arqumentlər əleyhinizə işləyə bilər.
Oğlaq - həddən artıq iş planlaşdırmayın. Əks təqdirdə ciddi yorğunluq istisna deyil. Tanımadığınız insanlarla ünsiyyətdə söhbəti səliqəli aparın. Rəğbət bəsləmədiyiniz insanlarla sirlərinizi əsla bölüşməyin.
Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlardan biri sizə təzyiq göstərməyə çalışacaq. İstənilən məsələyə münasibətdə aqressiv davranmayın. Sevdiyiniz insan sizdən inciyə bilər. Vədləri unudaraq yalnız öz maraqlarınızın təminatı ilə məşğul olmayın.
Dolça - situasiya sizə pozitiv emosiyalar vəd etmir. Öhdəliklərinizi yerinə yetirin, yarımçıq işləri başa vurun. Məsuliyyətli olun. Diqqətsiz davranış fəsadları çox ağır səhvlər yarada bilər. Maliyyə məsələlərində sayıq qərar tələb olunur. Günün ikinci yarısında ən adi işlər ağır zəhmət tələb edəcək.
Ailə üzvləri ilə təmaslarda səmimi olun. Yaxınlarınız sizinlə danışmaq, problemləri müzakirə etmək istəyirlər. Onları dinləyin, yardım və məsləhətlərinizi əsirgəməyin. Axşam saatlarında normal istirahət edin.
Balıqlar - günün ilk yarısında fəaliyyətiniz məhsuldar olacaq. Ən rutin, yeknəsək işləri belə, aktiv görün. Səhhətiniz normaldır. Özünüzü yaxşı hiss edəcəksiniz. İmkanlarınızı olduğundan artıq dəyərləndirməyin. Mənasız risklər etməyin, illüziyalara qatılmayın.
Günün ikinci yarısında yaxınlarınız planlarınız və ideyalanınızı təqdir edəcəklər. Yeni layihə kollektiv fəaliyyət tələb edir. Axşam saatlarında romantik anlar istisna deyil.
Milli.Az
"Ləyaqət, saf niyyət və xeyirxah ürək..." - Mehriban Əliyeva Prezidenti belə təbrik etdi
Monteneqro Türkiyə vətəndaşlarına qarşı qərarı geri götürdü
Çin 100-dən çox yeni qitələrarası ballistik raket ehtiyatı toplayıb? - Rəsmi Pekindən açıqlama
Məşhur YAP-çı Prezidenti belə təbrik etdi: "Qəhrəman nüvədililərin arzusu odur ki..."
AFCON 2025: Seneqal və Konqo qələbə qazandılar
Ziraat Türkiyə Kuboku: "Konyaspor" qalib gəlib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bu gün Azərbaycan Prezidentinin doğum günüdür...
Ankarada təyyarə qəzası: Liviyanın Baş qərargah rəisi həlak olub
“Araz-Naxçıvan”ın prezidenti ölkədən qaçıb? - Zaur Axundovun qardaşı axtarışa verilib (Yenilənib)
Prezident İlham Əliyev Xankəndidə: "Əsas odur ki, öz doğma torpağınızdasınız" - FOTOLAR (Yenilənib)
ABŞ-dan ölkədə qanunsuz yaşayan miqrantlara mesaj: "Könüllü ölkəni tərk et, 3 min dollar al!"
Leyla Əliyeva Zəhra Pezeşkianla görüşüb - Bakıda + FOTOLAR
Qənimət Zahidə hökm oxundu - 7 il həbs cəzası kəsildi
İran prezidenti İlham Əliyevə zəng edib
"Ata Abdullayev amnistiyaya düşmür" - Vəkil xəbəri təkzib etdi
SABİQ REKTORA HÖKM OXUNDU - Məhkəmə iclası
Ceyhun Bayramov UNESCO-nun yeni Baş katibi ilə müzakirə aparıb
Prezident İlham Əliyev Ağdamda - FOTOLAR (Yenilənib)
İsrail Qəzzaya yenə zərbə endirib - Ölənlərin sayı 70.942-yə çatıb
Elmar Baxşıyev istefa verib
DEPUTATLAR TOPLANIR: hansı qanunlar dəyişir? - SİYAHI
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
BƏYLƏR ƏYYUBOVUN QARDAŞI OĞLU QANDALLANDI: 5 milyonluq qaçaqmalçılıq işi üzrə həbslər başlayıb - AÇIQLAMA (YENİLƏNİB)
İran vətəndaşı saxlanılıb - 41 kq narkotiklə...
Prezident Ballıcada istehsal müəssisəsinin açılışında - FOTOLAR
Bir vəkil kollegiyadan xaric olunub
“Nar” və “Netty” ilin ən yaxşı rəqəmsal təşəbbüslərini mükafatlandırdılar - FOTOLAR
Prezident Qarabağ Universitetinin Mühəndislik fakültəsinin binasının təməlini qoyub
İordan çayının Qərb Sahilində əməliyyat: 40 fələstinli saxlanılıb
Zelenski: "Putin bu zərbələrlə müharibəni dayandırmaq istəmədiyini bir daha sübut edib"
Tramp qubernatoru ABŞ-ın Qrenlandiya üzrə xüsusi nümayəndəsi təyin etdi - Qarşı tərəf etiraz bəyanatı verdi
Azercell-in dəstəyi ilə növbəti Uşaq Paralimpiya Oyunları keçirilib
Deputatlar bu tarixdə toplanacaq
Sabah bəzi yerlərdə yağış yağacaq
Enerji Effektivliyi İnformasiya Sistemi yaradılacaq - Deputatlar yeni qanunu təsdiqləyib
MƏHKƏMƏ HAKİMLƏRİ BARƏDƏ YENİ QANUN QƏBUL OLUNDU
Müəllimlərin işə qəbulu imtahanı: ikinci mərhələ pullu olacaq - Yeni qanun qəbul edildi
"Amazon" Şimali Koreyalıdann olan "işçilər"ə "yox" dedi - 1800 agentin müraciət geri qaytarılıb
ABŞ-la sərhəddə təyyarə qəzaya uğradı - 5 nəfər ölüb