Ağsuda şadlıq sarayının fəaliyyəti məhdudlaşdırılıb

img

12-12-2023 [10:56]


Qida Təhlükəsizliyi Agentliyi nəzarət tədbirləri çərçivəsində Ağsu şəhərinin M.Ə.Rəsulzadə küçəsində fəaliyyət göstərən fiziki şəxs Rəhimov Qalib Gilasxan oğluna məxsus “Səadət” şadlıq sarayında yoxlama aparıb.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Mia.az-a verilən məlumata görə, yoxlama zamanı şadlıq sarayında qida təhlükəsizliyi sahəsində normativ-hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib.

Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq aşkar olunmuş nöqsanlar aradan qaldırılanadək şadlıq sarayının fəaliyyəti məhdudlaşdırılıb və rəhbəri barəsində inzibati tədbir görülüb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA