Masallıda 3 yaşlı qız çayda boğulub

img

12-06-2014 [13:51]


Masallı rayonunda bədbəxt hadisə baş verib. Hadisə Masalı rayonunun Abbasbəyli kəndində qeydə alınıb.

2011-ci il təvəllüdlü Zəhra Əli qızı Qasımzadə Viləş çayının evlərinin yaxınlığından keçən qoluna düşüb. Hadisə şahidlərinin məlumatına görə, 3 yaşlı Zəhra bacı-qardaşları ilə oynayan zaman ayağı sürüşüb və çaya yıxılıb. Bu zaman onun 2008-ci il təvəllüdlü qardaşı Hüseyn Zəhranı tutmaq üçün özünü çaya atıb.

Əli Qasımzadənin evində qonaq olan şəxs Hüseyni çaydan çıxara bilib. Bir qədər sonra sudan çıxarılan 3 yaşlı uşağın isə öldüyü məlum olub.

Hadisə yerinə rayon Prokurorluğunun əməkdaşları gəlib. Faktla bağlı araşdırma aparılır(apa).


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA