DİN xəbər yaydı: "Sexdə işləyən fəhlələr..."

img

12-06-2014 [13:45]


Daxili İşlər Nazirliyi Bakıda yerləşən mebel sexində baş verən dəhşətli partlayışla bağlı məlumat yayıb. 


Nazirliyin məlumatına görə, iyunun 11-də saat 14 radələrində paytaxtın Nizami rayonu Ə.Əzimzadə küçəsində Bakı şəhər sakini Həbib Cəfərova məxsus mebel sexində yanğın baş verib. Nəticədə sexin 15 kvm. sahəsində olan taxta tullantıları yanıb, yanıq xəsarətləri almış sexdə işləyən fəhlələrdən - paytaxt sakinləri Mirzə Zeynalova, Manaf Babayevə, Abşeron rayon sakini Ağa Əzimova xəstəxanada ilkin tibbi yardım göstərilib, paytaxt sakinləri Tufan Məmmədov və Türkiyə vətəndaşı Cahid Karaca xəstəxanaya yerləşdirilib. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA