Gəncədə arvadının gedişinə dözə bilməyən kişi özünü bıçaqlayıb

img

12-06-2014 [13:20]


Gəncə şəhər sakini özünü bıçaqlayıb. Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından verilən məlumata görə, şəhər sakini, 1975-ci il təvəllüdlü Hüseyn Məhərrəmov qarın nahiyəsinin kəsilmiş deşilmiş yarası diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Dərhal əməliyyat edilən 39 yaşlı kişinin vəziyyəti orta ağır qiymətləndirilir. Qohumlarının verdiyi məlumata görə H. Məhərrəmovun spirtli içkiyə aludəçiliyi olub və ailəsinə biganəlik səbəbindən həyat yoldaşı azyaşlı övladı ilə onu tərk edib. Buna dözə bilməyən H. Məhərrəmov onların geri qayıtması tələbi ilə özünü bıçaqlayıb.

Faktla bağlı Nizami rayon Polis İdarəsində araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA