Prezident İlham Əliyev Aleksandar Vuçiçlə görüşüb - FOTOLAR

img

10-12-2023 [18:21]


Dekabrın 10-da Serbiyanın Niş şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç ilə təkbətək görüşü olub.

Mia.az xəbər verir ki,  görüşdə Azərbaycan ilə Serbiya arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin müxtəlif istiqamətlərdə uğura inkişaf etdiyi bildirildi, əməkdaşlığımızın bundan sonra da möhkəmlənəcəyinə əminlik ifadə olundu.

Söhbət zamanı Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılışının əhəmiyyəti qeyd edilərək, Azərbaycanın Avropanın qaz təchizatına verdiyi töhfə xüsusi vurğulandı.

Dövlətimizin başçısı Serbiya Prezidentini Azərbaycana səfərə dəvət etdi. Dəvət minnətdarlıqla qəbul olundu.

Söhbət zamanı əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

Daha sonra Prezident İlham Əliyevlə Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç arasında  birgə nahar əsnasında geniş tərkibdə görüş keçirilib.

img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:55 26.07.2024

Sabah yağış yağacaq