AZƏRBAYCANLA ERMƏNİSTAN RAZILAŞDI: əsir hərbçilər dəyişdirilir, Yerevan COP29-a ev sahibliyinə Bakının xeyrinə geri çəkilir və... (SİYAHI)
07-12-2023 [21:13]
Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı birgə açıqlama yayıb.
Mia.az açıqlamanı təqdim edir:
“Azərbaycan Respublikası və Ermənistan Respublikası regionda çoxdan gözlənilən sülhün əldə olunması üçün tarixi fürsətin yarandığı fikrini bölüşür. İki ölkə münasibətləri normallaşdırmaq, suverenlik və ərazi bütövlüyü prinsiplərinə hörmət əsasında sülh sazişinə nail olmaq niyyətini bir daha təsdiq edir.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında aparılmış danışıqlar nəticəsində iki ölkə arasında etimad quruculuğu istiqamətində ciddi addımların atılmasına dair razılıq əldə olunub.
Humanizm dəyərlərini rəhbər tutaraq və xoşməramlı addım olaraq, Azərbaycan Respublikası 32 erməni hərbçini azad edir.
Ermənistan Respublikası öz növbəsində humanizm dəyərlərini rəhbər tutaraq və xoşməramlı addım olaraq, 2 azərbaycanlı hərbçini azad edir.
Xoş niyyətin təzahürü olaraq, Ermənistan Respublikası BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) ev sahibliyinə öz namizədliyini geri götürərək, Azərbaycan Respublikasının namizədliyini dəstəkləyir. Azərbaycan Respublikası və Ermənistan Respublikası ümid edirlər ki, Şərqi Avropa Qrupuna daxil olan digər ölkələr də Azərbaycanın namizədliyini dəstəkləyəcək. Xoş niyyətin təzahürü olaraq, Azərbaycan Respublikası Ermənistanın Şərqi Avropa Qrupundan COP-un Büro üzvlüyünə namizədliyini dəstəkləyir.
Azərbaycan Respublikası və Ermənistan Respublikası yaxın gələcəkdə əlavə etimad quruculuğu tədbirlərinin həyata keçirilməsi üçün müzakirələri davam etdirəcəklər və beynəlxalq ictimaiyyəti iki ölkənin qarşılıqlı etimadın yaradılmasına töhfə verəcək, bütün Cənubi Qafqaz regionuna müsbət təsir göstərəcək səylərini dəstəkləməyə çağırırlar”.
***
Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında aparılmış danışıqlar nəticəsində humanizm prinsipinə sadiqlik ruhunda, xoş niyyət göstəricisi olaraq iki ölkə arasında qarşılıqlı etimad tədbiri kimi Azərbaycan tərəfindən erməniəsilli 32 şəxsin, Ermənistan tərəfindən isə 2 Azərbaycan hərbçisinin azad edilməsi barədə razılıq əldə edilib.
Mia.az xəbər verir ki, Ermənistana qaytarılması nəzərdə tutulan 32 nəfər (26 nəfər 2020-ci ilin dekabrında Hadrut istiqamətində keçirilmiş antiterror tədbirləri zamanı həbs edilmiş şəxslər, qalan 6 nəfər müxtəlif vaxtlarda sərhəddə saxlanılmış şəxslər) artıq cəzalarının böyük hissəsini çəkiblər.
Otuz iki nəfərlik siyahıya Azərbaycan xalqına qarşı müharibə cinayətləri və bəşəriyyət əleyhinə cinayətlər törətmiş qondarma rejimin rəhbərləri Araik Arutunyan, Bako Saakyan, Arkadi Qukasyan, Ruben Vardanyan, o cümlədən Vaqif Xaçaturyan, Alyoşa Xosrovyan kimi şəxslər daxil deyil və ola da bilməz.
Bu addım Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Azərbaycan insanına, ölkə vətəndaşlarına, hərbçilərə verdiyi dəyərin, əsirlikdə olan şəxslərin yaxınlarının hisslərinə şərik olmasının bariz nümunəsidir. Prezident İlham Əliyev bir daha sübut etdi ki, o, hər bir azərbaycanlının Prezidentidir.
Xüsusilə vurğulanmalıdır ki, bu razılaşma Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında aparılmış birbaşa danışıqlar nəticəsində əldə olunub və heç bir üçüncü ölkə tərəfindən vasitəçilik edilməyib. Bu, bir daha göstərir ki, Azərbaycan və Ermənistan vasitəçilər olmadan sülh prosesini irəli apara bilərlər(Azərtac).
***
Razılaşmaya əsasən, Azərbaycan aşağıdakı 32 erməni hərbçini azad edəcək:
I. 13-14 dekabr 2020-ci il tarixlərində Hadrut istiqamətində həyata keçirilmiş antiterror tədbirləri zamanı həbs edilmiş şəxslər: (26 nəfər)
1. Avakyan Hraç Arzumanoviç
2. Serobyan Geqam Samveloviç
3. Hovanesyan Haykaz Koryunoviç
4. Tosunyan Levon Aşotoviç
5. Baqdasaryan Artur Eduardoviç
6. Stepanyan David Stepanoviç
7. Herabyan Hrayr Hraçoviç
8. Mikaelyan Andranik Vazgenoviç
9. Avakyan Serop Surenoviç
10. Kostanyan Narek Aqaoviç
11. Harutyunyan Varazdat Seryojeviç
12. Martoyan Manuk Hovanesoviç
13. Vardanyan Arsen Araikoviç
14. Dilanyan Arman Vazgenoviç
15. Tadevosyan Hrayr Vardanoviç
16. Bahrikyan Vahagan Edikoviç
17. Aramyan Karen Armenoviç
18. Sukiasyan Andranik Srapoviç
19. Martirosyan Gevorg Samveloviç
20. Kirakosyan Eduard Armeni
21. Gevorkyan Robert Hovikoviç
22. Yegiazaryan Sasun Seyranoviç
23. Hakopyan Volodya Qaqikoviç
24. Avakyan Tiqran Manikoviç
25. Saqatelyan Qriqor Seyranoviç
26. Avetisyan Vaqarşak Aşotoviç
II. Müxtəlif vaxtlarda Azərbaycan Ermənistan sərhədi, habelə Laçın sərhəd buraxılış məntəqəsində tutulmuş şəxslər: (6 nəfər)
1. Rafaelyan Vladimir Otari
2. Sarqsyan İşxan Aşoti
3. Ovagimyan Arutyun Yurikoviç
4. Kazaryan Karen Aşotoviç
5. Voskanyan Qagik Aşoti
6. Eulcekcian Viken Abraham.
Cəmi: 32 nəfər
SOCAR-da KADR ÇATIŞMAZLIĞI VAR! - Yeni idarə rəisi niyə hansısa MMC-də müavin postunda saxlanılır ki?
Avropa Liqası: iki ingilis komandası finalda "döyüşəcəklər"
Daha bir dövlət başçısı İlham Əliyevə zəng edib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Nihat Kahveciyə ağır cəza verildi - Uşaqlarına həsrət qalacaq
Katoliklər yeni Papa seçdi - İlk dəfə amerikalı dindar Vatikana rəhbərlik edəcək (FOTO)
Superkubokun yeni formatı açıqlandı
BƏƏ prezidenti İlham Əliyevə zəng edib - Nələr müzakirə olunub?
Ermənilər Bakıda hakim qarşısında: Kəlbəcərin işğalı faktını əks etdirən videomaterial nümayiş olunub (Yenilənib)
Starmerdən ABŞ-la tarixi razılaşma haqda açıqlama: "Prezident və mən bir-birimizə hörmət edirik və..."
Okan Buruk seçim edib
DTX və DSX-dən birgə əməliyyat: bir nəfər saxlanılıb
Qəzzada ölənlərin sayı artıb
“Azercell Telekom” MMC bəzi tarif paketlərinin istifadə şərtlərinin dəyişməsi ilə bağlı açıqlama yaydı
PREZİDENT BU ŞƏXSLƏRİ TƏLTİF ETDİ - Sərəncam
"Səhiyyə TV" televiziya kanalının adı dəyişib
Fikrət Qoca ilə bağlı sərəncam imzalandı
Nazirliyə 5 milyon manat vəsait ayrılıb - Sərəncam
Vyetnamın Baş katibinin Azərbaycana səfəri başa çatıb
İlham Əliyev Avrasiya İqtisadi Zirvə Toplantısının iştirakçılarına müraciət ünvanlayıb - MƏTN
Milli Məclis bəyanat verdi - MƏTN
Axtarışda olan daha dörd nəfər Azərbaycana ekstradisiya edilib
AYNA-nın "aynasız işləri"... - FOTOLAR
Metz: "Böyük məsuliyyət hələ də üzərimizdədir"
Almaniyanın yeni kansleri: "Rusiya ən böyük təhdid olaraq qalır"
Rövnəq Abdullayevin qızının ərinin bankı indi də "keşbək"ləri kəsdi
Əli Əsədov To Lam ilə görüşüb - Nələr müzakirə olunub? (FOTO)
Rasim Məmmədov məhkəməyə şikayət edib - Əmlak davası
Heydər Əliyevin anadan olmasının 102 illiyi ilə əlaqədar ağacəkmə aksiyası keçirilib - FOTOLAR
“Nar”ın baş icraçı direktoru Gəncədə konfransda çıxış edib - FOTO
Arif Babayevə Heydər Əliyev Mükafatı verildi - Sərəncam
Abşeronda İran vətəndaşı tutulub
Bir qrup tanınmış şəxs Tofiq Yaqublu ilə bağlı müraciətə imza atdı
Sabahın hava proqnozu açıqlandı
Azercell-in tərəfdaşlığı ilə “Baku Flames” festivalı keçirilib
Baş katibin xanımı İçərişəhərlə tanış olub
Milli Məclis bəyanat verəcək
Ceyhun Bayramov Vyetnam xarici işlər naziri ilə görüşüb
Sumqayıtda emalatxanada partlayış olub, xəsarət alan var
Azərbaycan nefti 63 dollara düşdü
Musiqi müəllimlərin attestasiyası: növbəti mərhələ başlayır