Yeni rektor özünə daha bir müşavir götürüb

img

06-12-2023 [15:58]


Sumqayıt Dövlət Universitetinin rektor müşaviri vəzifəsinə təyinat olub.

Mia.az xəbər verir ki, bu vəzifəyə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin 2006-cı il məzunu, dosent İsmayıl Teyyub oğlu İsmayılov təyin edilib.

Qeyd edək ki, o, əmək fəaliyyətinə Moskvada kimyaçı-mütəxəssis olaraq başlayıb, daha sonra Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda aparıcı elmi işçi, Baş texnoloq, Baş elmi işçi vəzifələrində çalışıb.

Ümumilikdə 110-dan çox elmi əsərin, o cümlədən 3 patentin və 1 monoqrafiyanın müəllifidir. Elmi əsərlərinin 40-dan çoxu dünyanın nüfuzlu elmi jurnallarında çap olunub.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:54 30.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA